Fransada yeniyetmənin ölümündən sonra baş verən toqquşmalarda 77 nəfər saxlanılıb
Dünya xəbərləri

Fransada yeniyetmənin ölümündən sonra baş verən toqquşmalarda 77 nəfər saxlanılıb

Fransada davam edən və toqquşmalarla müşayiət olunan etiraz aksiyalarında azı 77 nəfər saxlanılıb.

Bu barədə Paris polisinə istinadən “Le Figaro” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, etirazçılar Pablo Pikasso muzeyinə, Sena çayının cənub sahilindəki Meudondakı polis bölməsinə və bölgənin mağazalarına soxulmağa cəhd ediblər. Val-d'Oise departamentinin Bezons bələdiyyəsində ibtidai məktəb yandırılıb.