Cüdoçumuz Avstraliyada qızıl medal qazanıb
İdman

Cüdoçumuz Avstraliyada qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev Avstraliyanın Pert şəhərində keçirilən Açıq Okeaniya turnirində qızıl medal qazanıb.

“Respublika” xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/8 finaldan başlayıb.

İlk qarşılaşmada braziliyalı Asis Qustavaya qalib gələn M. Fətiyev növbəti görüşlərdə belçikalı Sami Kouc və Böyük Britaniya təmsilçisi Camal Petqravı üstələyərək adını finala yazdırıb.

Həlledici qarşılaşmada estoniyalı Kalyulayd Klen Kristoferi məğlub edən cüdoçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadın cüdoçulardan ibarət Azərbaycan millisinin üzvü Aydan Vəliyeva (52 kiloqram) isə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, yarışda 64 ölkədən 299 idmançı qüvvəsini sınayıb.