Daxili etirazlar İranda hakimiyyətin sonu ola bilər
Digər xəbərlər

Daxili etirazlar İranda hakimiyyətin sonu ola bilər

İranda etiraz aksiyalarının davam etdiyi bir dövrdə hakimiyyət daxilində ciddi parçalanmanın baş verdiyi müşahidə olunur. Parçalanmanın mərkəzində isə SEPAH dayanır. Çünki artıq İran rejimi daxilində gərginlik pik həddə çatıb

Bizimlə söhbətində Milli Məclisin deputatı Nəsib Məhəməliyev qonşu ölkədə baş verən hadisələrə toxunub:  "İrandakı etirazlar hərbçilərin mənəvi durumlarına mənfi təsir göstəribSEPAH daxilindəki parçalanma İran hakimiyyətini ciddi narahat edir. SEPAH-ın parçalanması İranda dini rejimin sonunu gətirə bilər.

Hər bir cəmiyyətdə, təşkilatda olduğu kimi, SEPAH-ın içində yəqin ki, vicdanlı insanlar var. İran antibəşəri bir siyasət həyata keçirir. Bunun nəticəsi olaraq İran kimi zəngin təbii sərvətlərə, insan kapitalına, əmək resurslarına malik bir ölkə dilənçi vəziyyətinə düşərək iflas həddinə çatıb.

 İranın öz xalqını dilənçi vəziyyətinə salması, terrorçuluğa dəstək verməsi siyasətçilər tərəfindən izlənilir. Sözügedən ölkənin Suriya, Bəhreyn, İraq, Yəmən, Əfqanıstanda terrorçulara separatçılara etdiyi yardımları bütün dünya siyasətçiləri bilir. Hətta, İran Azərbaycanda da buna cəhd edib. Onlar öz məzhəbinin yayılmasına xüsusi diqqət yetirir. Yəni sadalanan bütün mənfi cəhədlərə görə hazırki rejimdən narazı olan böyük bir kütlə var. Bu da təbii ki, indiki hakimiyyətin sonunu gətirəcək. Əgər İran normal dövlət olub, bəşəri qanunlar onlar üçün önəmli olsaydı fikir ayrılıqlarının ölkəyə gələcəkdə necə təsir edəcəyini təxmin etmək olardı. Ancaq indiki halda rejim o qədər qəddardır ki, kimliyindən aslı olmayaraq, onlara qarşı çıxan heç bir insana güzəştə getməyəcək. Yəni İran rejimi həmin şəxsləri müəyyən edərək edam edə bilər. Sentyabr ayından etibarən bu dövlətin ayrı-ayrı bölgələrində etiraz aksiyaları başladı. Bunun sonunda biz İran rejiminin 20-22 yaşında olan gəncləri küçələrdən asdığını gördük. Görünür, bu hakimiyyət millətin 50-60 faizini qıracaq, amma öz siyasətini həyata keçirəcək. Çünki qəddarlıq İran üçün yeni bir şey deyil. Məhz elə buna görə son 40 ildir hakimiyyətdədirlər".

M.NƏRİMANOĞLU,

"Respublika".