Naftalanda Birinci yarımilliyin yekunları müzakirə edilib
Digər xəbərlər

Naftalanda Birinci yarımilliyin yekunları müzakirə edilib

Naftalan Şəhər İcra Hakimiyyəti Başçısı yanında Şuranın 2023-cü ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişaının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti iclası keçirilib.

“Respublika” xəbər verir ki, iclasda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

İclası giriş sözü ilə açan şəhər rəhbəri Vüqar Novruzov iştirakçıları salamlayaraq, gündəlikdə duran məsələləri şura üzvlərinin və iştirakçıların diqqətinə çatdırıb.Sonra, respublikada gedən davamlı inkişafdan, şəhərdə  aparılan abadlıq-quruculuq işlərindən  və yeni  layihələrdən ətraflı söhbət açaraq, bildirib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi islahatlar kurort şəhəri Naftalanın da bütün sahələrdə inkişafına müsbət təsir göstərmişdir.İnfrastrukturlar yeniləşmiş, vətəndaşların sosial və məişət şəraiti daha da  yaxşılaşmış, maddi rifah halı yüksəlmişdir. Ümumilikdə son illər ölkə başçısının tapşırıqlarına uyğun şəhərdə aparılan abadlıq-quruculuq işlərinin genişlənməsində, önəmli sosial layihələrin həyata keçirilməsində və ən əsası turizmin inkişafında çox böyük uğurlar qazanılmış, makroiqtisadi göstəricilərdə müsbət dinamika müşahidə olunmuşdur.

Naftalan şəhərində 2023-cü ilin birinci yarımilində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr barədə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynovanın məruzəsi dinlənilib. Həmçinin, Naftalan şəhəri üzrə Maliyyə Şöbəsinin rəisi Saleh Tağıyev şəhərin yerli büdcəsinin 2023-cü ilin altı aylıq yerli gəlirlərinin icrası barədə, Goranboy - Naftalan Təhsil Sektorunun müdiri Xəyal Məmmədov Naftalan şəhər ümumtəhsil, məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələrinin 2022-2023-cü tədris ili ərzində görülmüş işlər barədə ətraflı məlumat verib.

Daha sonra, Şuranın müzakirəsinə çıxarılan məsələlər ətrafında müzakirələr aparılıb, nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilıb.

Zabit XƏLİLOV

“Respublika”