Dəyərli təşəbbüslərimiz türk dünyasının yüksəlişinə stimul verir
Türk dünyası

Dəyərli təşəbbüslərimiz türk dünyasının yüksəlişinə stimul verir

Türkiyədəki zəlzələdən sonra ən mühüm təşəbbüslərdən birini Azərbaycan Prezidenti İlham Əliyev irəli sürdü. Dövlət başçısı Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün Ankarada keçirilməsini təklif etdi. Bu təklif türk dövlətlərinin zəlzələnin nəticələrinin aradan qaldırılmasının müzakirəsi baxımından çox effektiv idi. Ona görə Azərbaycan liderinin təşəbbüsünü təşkilat üzvləri yekdilliklə qəbul etdilər.

Martın 16-da Ankarada baş tutan Fövqəladə Zirvə görüşündə Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən zəlzələdən sonra "Fəlakət - Fövqəladə halların idarə edilməsi humanitar yardım" mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək dedi: "Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan millətim adından təşəkkürlərimi bildirirəm".

Ankara Sammitində türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarların qəbul olunacağını vurğulayan Rəcəb Tayyib Ərdoğan bu baxımdan Türk İnvestisiya Fondunun yaradılmasına dair qərarı xüsusi qeyd etdi. Dövlət başçısı bu Fondun üzv ölkələr arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji digər sahələrdə əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyini bildirdi. Xəzər hövzəsində Türk dünyası ölkələri ilə neft, təbii qaz elektrik enerjisi sahələrində irimiqyaslı layihələrin birlikdə uğurla həyata keçirildiyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin 16 ildir Azərbaycan, Türkmənistan Qazaxıstan neftini dünya bazarlarına fasiləsiz çatdırdığını bildirdi. Onurğa sütununu TANAP-ın təşkil etdiyi Cənub Qaz Dəhlizi sayəsində Türk dövlətlərinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığına diqqət çəkdi.

Prezident İlham Əliyev isə öz növbəsində Azərbaycandan zəlzələ bölgəsinə göndərilən yardımlar, türk dövlətləri arasında qarşılıqlı yardımlaşmalar, hərbi, siyasi iqtisadi əməkdaşlıq, həmçinin türk xalqlarının birliyinə diqqət çəkdi. Dövlətimizin başçısı qeyd etdi ki, ölkələrimiz həm sevincli, həm kədərli günlərdə daim bir-birinin yanında olub bundan sonra da belə olacaq. İlham Əliyevin sözlərinə görə, Azərbaycan hökuməti xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər oldu. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı könüllülər zəlzələ bölgəsinə göndərildi. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birincidir. Xilasedicilərimizin həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarıldı. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edildi. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərdi. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD digər humanitar qurumların bank hesabına köçürüldü. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırıldı.

Zirvə görüşündə Ermənistanın işğal altında saxladığı ərazilərimizdə törədilən dağıntılardan, erməni vəhşiliyindən, vandallığından bəhs edən dövlət başçımız işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində Türkiyə şirkətlərinin iştirakını da qardaşlıq köməyi kimi qiymətləndirdi. Eyni zamanda işğal dövründə erməni faşistlərinin, terrorçularının törətdikləri cinayətləri diqqətə çatdırdı. Bu gün davam edən "mina terroru" nəticəsində həlak olan 300-ə yaxın azərbaycanlının faciəsini milli kədərimiz adlandırdı. Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatı kobudcasına pozmasını, Zəngəzur dəhlizi ilə bağlı öhdəliyinə əməl etməməsini türk birliyinə qısqanclıq kimi dəyərləndirdi. İkinci Qarabağ müharibəsindən sonra Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş Şuşa, Füzuli, Zəngilan Cəbrayıl rayonlarına səfərlərini, Özbəkistanın himayəsi ilə Füzuli rayonunda tikilən məktəbi, Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzini türk birliyinin həmrəyliyi kimi diqqətə çatdırdı. Prezident İlham Əliyev Türk dünyasının türk dövlətlərinin hüdudları ilə məhdudlaşmadığını, daha böyük coğrafiyanı əhatə etdiyini bildirdi. Belə ki, dünyada yaşayan azərbaycanlıların 50 milyondan çox olduğunu bəyan edən ölkə başçısı cəmi 10 milyonun Azərbaycanda yaşadığını, qədim türk yurdu olan Qərbi Zəngəzurun sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsini Türk dünyasının coğrafi cəhətdən ayrılması kimi dəyərləndirdi. Bu səbəbdən Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyası ilə bağlı zəmanət mexanizminin əhəmiyyətli olduğunu vurğuladı.

Zirvə görüşünün yekunu kimi Ankara Bəyannaməsi qəbul olundu, mülki müdafiə mexanizminin qurulmasına dair Protokol imzalandı. "Türk dünyasına baxış: 2040" sənədinə uyğun olaraq TDT regionunda dünyada təbii fəlakətlərin qarşısının alınması, cavab verilməsi aradan qaldırılması üçün ikitərəfli çoxtərəfli əməkdaşlığın koordinasiyanın zəruriliyi ilə bağlı vəzifələr müəyyənləşdirildi. Bəyannamədə türk dövlətlərinin əldə etdiyi böyük siyasi, iqtisadi sosial-mədəni tərəqqi yüksək qiymətləndirildi. Regional beynəlxalq forumlarda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bütün imkanlar diqqətə çatdırıldı. Fəlakətdən sonrakı ehtiyacların qiymətləndirilməsi, dağıntılara məruz qalmış bölgələrin bərpası yenidən qurulması prosesində Türkiyəyə dəstəyin davam etdiriləcəyi bildirildi. Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkiyənin, Özbəkistanın dövlət başçılarının imzaladıqları Bəyannamədə nəzərdə tutulan vəzifələrin birgə icrası üçün əlaqələndirmə istiqamətləri təsdiqləndi.

Ümumiyyətlə, türk dünyası qlobal güc olmaq yolunda sürətlə irəliləyir. Bu prosesdə Türkiyə Azərbaycan başda olmaqla digər türk dövlətlərinin rolu böyükdür. Bakı Ankaranın əlaqələrini bütün sahələrdə yüksək səviyyəyə çatdırması digər dövlətlər üçün yol xəritəsi rolunu oynayır, yeni dəyərlər sistemi formalaşdırır. Bu da yaxın gələcəkdə türk dövlətlərinin hərbi-siyasi əməkdaşlığının müttəfiqlik səviyyəsinə yüksəlməsini labüd edir.

Jalə QASIMZADƏ,

"Respublika".