DİNC ETİRAZÇILARA BÖHTAN ATMAQ OLMAZ
Digər xəbərlər

DİNC ETİRAZÇILARA BÖHTAN ATMAQ OLMAZ

Tarixən bəzi dövlətlər ermənilərdən bir alət kimi istifadə etmişlər. Ermənilər isə bundan "qürur duyurlar". Şəxsiyyətini tamamilə itirmiş bu məxluqlar ötən əsrlərdən başlayaraq Qafqaza köçürülmüşlər. Elə həmin dövrlərdən bölgədə sabitlik pozulmuşdur. 100-150 erməni 10-15 il bir yerdə yaşayanda həmin yerləri özlərinin qədim dədə-baba yurdları hesab edirlər. Necə ki, doğma Qarabağımızda və başqa yerlərdə məskunlaşmaqla tarixi saxtalaşdırmaqla min bir oyundan çıxaraq qədim Azərbaycan adlarını dəyişdirmiş və əcaib erməni adları qoymaqla erməniləşdirmə siyasətini həyata keçirmişlər.

Bəzi ermənipərəst dövlətlər erməni təəssübkeşliyinə sadiq qalaraq həqiqəti saxtalaşdırır, daim bizim doğma torpaqlarımızın ermənilərə məxsus olduğunu utanmadan, çəkinmədən həyasızcasına səsləndirirlər. Mənfurlar ömrü boyu kiminsə dəstəyilə həmişə Azərbaycanın təbii sərvətini talamışlar.

30 il ərzində işğal altında saxladıqları bütün torpaqları yararsız vəziyyətə salmış, yüzlərlə hektar meşə massivini kütləvi şəkildə qıraraq daşımışlar. Acınacaqlı hal budur ki, bu erməni xislətli işdə onlara bəzi yaxın qonşularımız da bacardıqları qədər dəstək olmuşlar.

Məlumdur ki, rus bədməramlıları hər vasitə ilə erməniləri dəstəkləyir və birlikdə ölkəmizə məxsus qiymətli yeraltı sərvətləri talamaqda israrlıdırlar. Yerin altından çıxardıqları xammalın saflaşdırılması zamanı istifadə olunan çirkli su çaylara buraxılır. Bu zəhərli su hətta Sərsəng Su Anbarına da çatır. Bütün bu olanlara etiraz əlaməti olaraq bir qrup ekoloqlarımız, eləcə də qeyri-hökumət təşkilatlarının rəhbərləri və üzvləri haqlı olaraq ekoloji terrora son qoyulması üçün Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası keçirirlər.

44 günlük Vətən müharibəsində olduğu kimi, qeyrətli Azərbaycan xalqı yenə də birlik və həmrəylik nümayiş etdirir. Hər kəs mitinq keçirənlərə dəstək olmaqda israrlıdır. Ermənilər dərk etmirlər ki, aksiya iştirakçılarının bu hərəkəti sülhə doğru atılan bir addımdır. Onlar və havadarları hələ də Azərbaycanı 30 il bundan qabaqkı kimi zəif ölkə sayırlar. Bilməlidirlər ki, indi Azərbaycana dünya siyasi arenasında özünəməxsus yeri olan qalib bir ölkənin Prezidenti İlham Əliyev rəhbərlik edir. Əgər dinc aksiyaçılarla qarşı-qarşıya duranlar Azərbaycanın zəifliyini hiss etsəydilər tam əminliklə qeyd etmək lazımdır ki, 1990-cı il 20 Yanvar hadisəsinə bənzər bir işi Laçın-Xankəndi yolunda çəkinmədən törədə bilərdilər. Onlar dinc etirazçıların qorxmadan, çəkinmədən geri çəkilmədiklərini müşahidə etdikcə bu işdə geriyə yol olmadığını gözəl dərk edirlər. Erməniləri dəstəkləyən ölkələr görəsən nə vaxtadək bu cür ədalətsiz yanaşmaları ilə sərsəm bəyanatlar səsləndirəcəklər. Onlara sual vermək lazımdır, əgər onların ölkələrinin ərazisində kimsə təbii sərvəti daşımağa cəhd edərsə reaksiyası necə olar? Sözsüz ki, həmin dövlətlər bir ağaclarının qırılmasına da imkan verməzlər.

Görünür 30 il ərzində dağıdıb talamaqdan, Azərbaycanın təbii sərvətini həyasızcasına daşımaqdan hələ doymayıblar. İndi Azərbaycan sərvətinin və torpağının sahibidir. Etirazçıların tələbini yerinə yetirməkdən başqa yol yoxdur.

Azərbaycan torpağında at oynatmaq qəbuledilməzdir. Çünki respublikanın sərhədini, sərvətini, xalqını və dövlətini qorumağa qadir olan qüdrətli ordu formalaşmışdır. Görünür dəmir yumruq üçün bəziləri darıxırlar. Yaxşı olar ki, etirazçılara qara yaxmaqdansa, şər atmaqdansa, haqqı-nahaqqa qurban verənlər, olmayan vicdanları qarşısında hesabat versinlər. Heç olmasa bir dəfə hadisələri düzgün qiymətləndirsinlər.

Vəli VƏLİYEV,

"Respublika".