Multilateralizm bizim güclü vasitəmizdir
Digər xəbərlər

Multilateralizm bizim güclü vasitəmizdir

Bu il iyulun 5-də Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü mühüm çağırışlarla yadda qaldı.

"...Multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır. Biz "Bandunq prinsipləri" ətrafında qətiyyətlə dayanmalı, suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsimizi ucaltmalıyıq. Hərəkatımızın dünya məsələlərində daha ön mövqedə olması mühüm əhəmiyyət kəsb edir.

Multilateralizm bizim güclü vasitəmizdir. Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır". Bu fikirləri QH-nin Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşündə çıxış edən ölkə başçımız cənab İlham Əliyev deyib.

Multilateralizm Azərbaycanın konsepsiyalarından biridir və bu, digər ölkələr üçün də çox mühümdür. Ölkənin hərbi vəziyyətindən asılı olmayaraq, beynəlxalq iqtisadi əlaqələrdə, tərəfdaşlarla münasibətlərdə imtiyazlardan istifadə vacibdir.

Multilateralizm güclü dövlətlər üçün bir körpü rolunu oynayır, təktərəfli olmağa maneə törədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da işə başlayan "Dünya bu gün: çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu martın 11-dək davam etmişdir. Forumda yeni dünya düzəninə təhdid yaradan amillər, o cümlədən təhlükəsizlik məsələləri və sülhün təmin edilməsi perspektivləri, bölünmüş dünyada sabitliyin bərqərar olması, onun qlobal dünyaya təsiri, yeni dünya düzəninə təhlükə yaradan amillər, o cümlədən təhlükəsizlik məsələləri və sülhün təmin edilməsi perspektivləri və s. aktual məsələlər müzakirə olunub. Müzakirə panellərindən birinin multilateralizmə həsr olunmasından məmnun olduğunu bildirən İlham Əliyev, Azərbaycanın bu istiqamətdə gördüyü işlərdən, xüsusilə də Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründəki nailiyyətlərindən və gələcəkdə bugünkü parçalanmış dünyada belə bir Hərəkata böyük ehtiyacın olduğunu da vurğulayıb. Multilateralizm - hərbi-siyasi, iqtisadi, ekoloji, sülh quruculuğu, tərk-silah və təhlükəsizlik və beynəlxalq münasibətlərin digər sahələrində çoxtərəfli sazişlərə əsaslanan xarici siyasətin həyata keçirilməsinə bir yanaşmadır.

Multilateralizm dünyanın qloballaşması fonunda son 15 ildə daha tez-tez səslənir. Bu prinsip iqtisadi münasibətdə olan ölkələrin hər birinin bu birlikdən faydalanmasını nəzərdə tutur. Prezident İlham Əliyevin atdığı addımlar, etdiyi çağırışlar məhz multilateralizm prinsipinə əsaslanır və bu, multilateralizm aspektində əməli fəaliyyət baxımından bir ilkdir.

Röya RÜSTƏMLİ,

"Respublika".