Doğma yurd yerlərinə qovuşmaq arzumuz gerçəkləşəcək
Digər xəbərlər

Doğma yurd yerlərinə qovuşmaq arzumuz gerçəkləşəcək

Azərbaycan 44 günlük müharibədə əldə etdiyi böyük qələbədən sonrakı postmüharibə dövründə inamlı addımlar atmağa davam edir. İkinci Qarabağ müharibəsində qazandığımız qələbədən sonra Qərbi Azərbaycan mövzusu gündəmə gəlib.

Ötən əsrin əvvəllərindən həmvətənlərimizin öz dədə-baba torpaqlarından zorla köçürülməsi təkcə buraya xaricdən gələn ermənilərin yerləşdirilməsi niyyətini güdmürdü, həmçinin torpaqların tədricən Hayastana birləşdirilməsi məqsədi daşıyırdı. Köçürülən əhaliyə güzəştlər, bir sıra təkliflər edilsə onlar şəxsi evlərindən ata-babalarından miras qalan torpaqlarından məhrum olmuşdular. Əlbəttə, "köçürmə" adı altında aparılan bu əməliyyat deportasiyadan başqa bir şey deyildi. Çünki həmvətənlərimizin iradəsi istəyi xaricində həyata keçirilmişdi. Həmin dönəmdə doğma torpaqlardan didərgin düşmək hər cəhətdən çətin olub. Politoloq Nəzakət Məmmədova bildirir ki, Ermənilərin tarix boyu bir taktikaları olub. Daima böyük dövlətlərin, başqa xalqların torpaqlarında özlərinə yer edib, yaşayıb, yalançı sülhsevər, zəhmətkeş icma kimi özlərini göstərməyə çalışıblar: "Elə ki, həmin ölkələrə daha güclü düşmən hücum edib, yaxud yaşadıqları dövlətlər süqut etməyə başlayıb, dərhal fürsətdən istifadə edib əllərinə silah götürərək özləri üçün torpaq tələb ediblər. Həmin torpaqların əzəli sahiblərini oradan qovub özlərinə yer alıblar. Yeni nizamda özlərinə uyğun yer tutmaq üçün ərazi iddiası, soyqırımı, separatçılıq, terrorçuluq kimi hər cür qanunsuzluğa əl atıblar. 1905 1918-ci illərdə Rusiya imperiyası dağılan zaman azərbaycanlılara digər qonşu xalqlara, eləcə Osmanlı imperiyası dağılan zaman türklərə digər müsəlmanlara qarşı eyni cür namərdlik ediblər. 1988-ci ildə SSRİ süquta uğrayan ərəfədə ilk hərəkətə keçib yaranmış şəraitdən istifadə edərək azərbaycanlıları öz doğma torpaqlarından qovublar. Azərbaycan torpaqlarını işğal edib orada yaşayan mülki əhaliyə qarşı soyqırımı törədən ermənilər bütün dünyada Azərbaycan əleyhinə təbliğat aparmaqla öz qanunsuz əməllərinə bəraət qazandırmağa çalışmışlar. Regionda marağı olan güc mərkəzləri arasında manevrlər edən dünya erməniliyi, eyni zamanda dünyanın böyük dövlətlərini öz avantüralarına alət etməsi, bölgəmizdə onları üz-üzə qoymuş, bu qarşıdurmadan öz maraqları üçün istifadə etmişlər. Bu gün eyni siyasəti həyata keçirməyə çalışırlar. Ermənistan ərazicə kiçik, ermənilər isə dünyada sayca azsaylı xalqlardan olmalarına baxmayaraq, daima böyük iddialarla çıxış edir, bu ambisiyalarını böyük dövlətlər arasında qarşıdurma yaratmaqla həyata keçirməyə cəhd göstərirlər. Bu, onların xarakterində dəst-xəttində yeni bir üslub deyil. Tarix boyu ermənilər bizanslılarla birgə türklərə, səlibçilərlə birgə İslam dünyasına qarşı mübarizə aparıblar. Bütün hallarda isə onlar böyük güclərin əlaltısı, muzdlusu rolunda çıxış ediblər. Bu işdə erməni kilsəsi əsas təşkilatçı qismində yer alıb.

Tarix dəyişir, dünya siyasi səhnəsində güc mərkəzləri dəyişir, amma ermənilərin dəst-xətti dəyişmir. Onlar yenə dünya siyasətində söz sahibi olan böyük güclərə qulluq etməklə mənfur planlarını həyata keçirməyə çalışırlar. Soyuq müharibə illərində ermənilər iki yerə ayrılıb, onların yarısı SSRİ-nin, rusların, digər yarısı kapitalist dünyasının qanadı altında yer almışdılar. Lakin bu gün SSRİ süqut edib, Rusiyanın regiondakı mövqeyi nisbətən zəifləyib. Buna görə ermənilər artıq birləşib, həm diaspor, həm Ermənistan erməniləri anqlo-sakson frank güc mərkəzlərinin yanında yer almaq, Rusiyaya qarşı çıxmaq yolu tutublar. Ermənistanın iki yolu var: ya o, yenidən Rusiyanın orbitinə qayıtmalı, ya da yeni seçdiyi senyor güc mərkəzlərinin vassalına çevrilməlidir. Rusiya Ermənistan müttəfiqliyi artıq çat verib, qarşılıqlı etimadsızlıq mühiti yaranıb. Bu isə Cənubi Qafqazda yeni konfiqurasiyanın yaranmasına səbəb olmaqdadır bu hal heç Ermənistanın xeyrinə deyil.

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Bütün bunlar ona ümid etməyə əsas verir ki, cənab Prezident hərb meydanında uğurlu strategiya həyata keçirdiyi kimi, diplomatik sahədə master klass göstərən bir liderdir. Azərbaycan torpaqlarının ərazi bütövlüyünü təmin etdiyi kimi, Azərbaycan xalqının pozulmuş tarixi haqlarını da bərpa etmək strategiyası yürüdür.

Ermənistanın miatsum mifi puç olub, Azərbaycan Prezidenti dünya erməniliyinin yüzillər boyu milyardlarla pul xərcləyərək addım-addım həyata keçirdiyi mənfur planlarının üzərindən birdəfəlik xətt çəkib. Eyni zamanda yüz minlərlə azərbaycanlının öz ata-baba yurduna qayıtmaq ümidi yenidən baş qaldırıb. Yəqin ki, yaxın zamanda biz Böyük Qayıdışın şahidi olacağıq. Ermənistanın isə bununla hesablaşmaqdan başqa yolu yoxdur".

Töhfə SƏMƏDOVA,

"Respublika".