DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI QEYD OLUNUB
Region

DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI QEYD OLUNUB

Lerik Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəl Lerik şəhərində dünyaşöhrətli siyasətçi, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək  parlaq xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

 Lerik Rayon İcra Hakimiyyətinın başçısı Əkbər Abbasov dövlət qulluğunda çalışanları səmimi təbrik edib hüquqi, demokratik dövlət quruculuğu sahəsində aparılan islahatların ulu öndərin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, əbədiyaşar liderin uğurlu dövlət quruculuğu siyasəti dövrün tələblərinə uyğun yüksək işgüzarlıqla davam etdirilir.

Möhtərəm Prezidentimizin 25 may 2006-cı il tarixli Sərəncamı ilə  dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi dövlət qulluqçularına göstərilən dövlət qayğısının əyani nümunəsidir.

Sonra çıxış edən mərzuəçilər qeyd ediblər ki, bu gün dövlət qulluğu sahəsində mükəmməl qanunvericilik bazası, müasir dövlət qulluğu sistemi formalaşıb.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.