"Bu ilin 8 ayında operativ məlumatlara əsasən neft-kondensat hasilatı 20.3 mln. ton, ixracı isə 17 mln. ton olub".
"Respublika" xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov öz rəsmi sosial media hesabında açıqlayıb.
Nazir: "Bu dövrdə 5% artımla hasil edilmiş 32.2 mlrd.m3 qazın 15.8 mlrd.m3-i ixrac olunub".
Töhfə SƏMƏDOVA,
"Respublika".