DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konsert proqramı
Sosial həyat

DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konsert proqramı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Günü ilə əlaqədar mədəni proqram təqdim olunmuşdur. Tədbirdə DTX-nin əməkdaşları, Vətən müharibəsi iştirakçıları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları və hərbi hissəsinin əsgərləri iştirak etmişlər.

Tanınmış mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda ifaları ilə müşayiət olunan konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin

Mətbuat xidməti.