Emmanuel Arqo: Fransa BMT-nin Afrika mənşəli insanların hüquqları ilə bağlı qərarına əməl etmir
Digər xəbərlər

Emmanuel Arqo: Fransa BMT-nin Afrika mənşəli insanların hüquqları ilə bağlı qərarına əməl etmir

Prezident İlham Əliyevin beynəlxalq səviyyədə Fransa ilə bağlı səsləndirdiyi fikirlər xalqımız üçün çox böyük ruh yüksəkliyi oldu. Fransa kimi müstəmləkəçi ölkələr BMT-nin Afrika mənşəli insanların hüquqları ilə bağlı qərarına əməl etmirlər.

AZƏRTAC xəbər verir ki, bunu Qoşulmama Hərəkatının “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirin iştirakçısı, Fransadakı "Afrika Mundus" təşkilatının rəhbəri Emmanuel Arqo deyib.

Braziliyada Afrika mənşəli insanların hüquqlarının qorunması ilə bağlı konfrans keçirmək istədiklərini vurğulayan E.Arqo vurğulayıb: “Qoşulmama Hərəkatının toplantısı kimi genişmiqyaslı tədbirdə bizə verilən dəstək çox önəmli idi. Bunun üçün Prezident İlham Əliyevə təşəkkür edirəm. Dünya ictimaiyyətinin bizə dəstək verməsini, hüquqlarımızın bərpa olunmasını istəyirik”.