Ender Şire: Festivalın Şuşada keçirilməsi bu tədbirə marağı daha da artırır
MÜSAHİBƏLƏR

Ender Şire: Festivalın Şuşada keçirilməsi bu tədbirə marağı daha da artırır

İllərlə görmək arzusunda olduğum Şuşaya qədəm qoyduğum ilk andan şəhəri səyahət etdim. Burada olmağımdan çox məmnunam. Festivalın Şuşada keçirilməsi bu tədbirə marağı daha da artırır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli bloger Ender Şire söyləyib.

"Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalının təşkilinə görə Heydər Əliyev Fonduna və Dövlət Turizm Agentliyinə təşəkkür edirəm. Burada Azərbaycanın müxtəlif bölgələrinin təamlarını dadmaq mənim üçün çox xoşdur. Azərbaycan mətbəxinin çox dadlı təamları var. Ümidvaram ki, bu cür festivallar hər il davamlı olaraq keçiriləcək", - deyə türkiyəli bloger vurğulayıb.

AZƏRTAC