Engin Özər: Azərbaycan-Türkiyə-Pakistan ittifaqı regionda təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcək
MÜSAHİBƏLƏR

Engin Özər: Azərbaycan-Türkiyə-Pakistan ittifaqı regionda təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcək

Son illərdə yaranan Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli hərbi ittifaqı regionda təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcək.

Bu fikri türkiyəli ekspert Engin Özər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət səfərini Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfərini AZƏRTAC-a şərh edərkən bildirib.

"Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan Türkiyə arasında hərbi ittifaq yaranıb. Faktiki olaraq bu ittifaqa Pakistan da qoşulub. Pakistan 44 günlük Vətən müharibəsində Azərbaycanı çox fəal şəkildə dəstəkləyib. Bundan əlavə, Azərbaycanın terrorizmlə mübarizədə təcrübəsi Pakistanda maraq doğurur. Bu cür əməkdaşlıq yeni xəbər deyil, çünki bu tendensiya artıq bir neçə ildir ki, müşahidə olunur. Xatırladım ki, Türkiyə Pakistan arasında hərbi əməkdaşlıq uzun müddət - 40 ilə yaxındır mövcuddur. Bir çox pakistanlı hərbçilər Türkiyədə təlim keçib. Bu üçtərəfli hərbi ittifaq regionda təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcək", - deyə E.Özər bildirib.

Regional təhlükəsizlikdən danışan ekspert əlavə edib ki, Azərbaycan çox gözəl strategiya seçib: rəsmi Bakı tərəfindən irəli sürülən "Şimal-Cənub" layihəsi, eləcə İpək yolu üzərində yerləşməsi onun Asiya ölkələri ilə münasibətlərin dərinləşdirilməsinə töhfə verəcək eyni zamanda, təhlükəsizliyini möhkəmləndirir.