QƏRBİ AZƏRBAYCAN ƏSL SAKİNLƏRİNİ GÖZLƏYİR
Digər xəbərlər

QƏRBİ AZƏRBAYCAN ƏSL SAKİNLƏRİNİ GÖZLƏYİR

Cənubi Qafqazda xalqlar əsrlər boyu mehriban, sülh şəraitində yaşamışlar. Lakin bu vəziyyət bəzi şovinist qüvvələri hər zaman narahat edirdi. Bu baxımdan əsasən rus və İran tərəfləri regionda bu sabitliyi pozmaq üçün çıxış yolunu daim kimlərinsə alətinə çevrilmiş, yaltaq, qaniçən, üzəduran, bir sözlə, bütün insani hisslərdən uzaq, soyu bilinməyən, heç zaman vətəni olmayan erməniləri regiona köçürməkdə gördülər.

Təəssüflər olsun ki, tarixi Azərbaycan torpağı olan İrəvan şəhərində haylar üçün paytaxt yaratdılar. Elə həmin andan regionda vəziyyət günü-gündən ermənilərin xeyrinə dəyişməyə başladı. Belə bir deyim var: "Yersiz gəldi, yerli qaç". Ermənilər öz havadarlarının köməyi ilə yerli sakinləri - azərbaycanlıları müxtəlif iyrənc vasitələrlə sıxışdırmağa başladılar. Cürbəcür hiylələrə əl atmış, azərbaycanlılara məxsus bir çox dini inanc yerlərini və tarixi abidələri dağıtmış, bununla kifayətlənməyərək Qərbi Azərbaycanın digər bölgələrində də yaşayış məntəqələrinə silahlı basqınlar etmiş, günahsız insanlara ağlagəlməz işgəncələr verərək qətlə yetirmişlər.

Təxminən 2 əsrə yaxın bir vaxt ərzində o yerlərin əbədi, əzəli sakinlərini müxtəlif bəhanələrlə Azərbaycanın bəzi isti, heç bir şəraiti olmayan ərazilərinə deportasiya etmişlər. Məlumdur ki, Qərbi Azərbaycanın hər tərəfi buz bulaqlarla zəngin, sərin havaya, füsunkar mənzərəyə malik olan məkanlardır.

Köçürülən insanların bir qismi elə yoldaca dünyasını dəyişmiş, bəziləri isə isti havaya dözməyərək ürəkləri tab gətirməmiş, faciəli şəkildə vəfat etmişlər.

Təəssüflər olsun ki, xalqımızın başına gətirilən sonsuz müsibətlərə dünya birlikləri həmişə göz yummuş, heç zaman Qərbi azərbaycanlıların hüquqlarının bərpası ilə bağlı reaksiya verməmişlər. Hətta Azərbaycana müxtəlif dövrlərdə rəhbərlik etmiş şəxslər də bu məsələyə biganə qalmışlar. Nəhayət, hüquqları pozulmuş, vətənlərini acınacaqlı şəkildə tərk etmiş vətəndaşların səsinə Azərbaycan Respublikasının Prezidenti, Qalib ölkənin Ali Baş Komandanı İlham Əliyev səs verdi.

Dövlət başçısının Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi inamlı mesajlar o yerlərin sakinlərinin ata-baba yurdlarına qayıdışı ilə bağlı ümidlərini artırdı. Bu günlərdə Qərbi Azərbaycanın Dərələyəz mahalının Əzizbəyov rayonunun Köçbək kəndindən deportasiya olunmuş bir ailənin qonağı olduq. Ailə üzvləri Qərbi azərbaycanlılara məxsus yüksək qonaqpərvərlik və səmimiyyətlə bizi qarşıladı.

Ailə başçısı ağbirçək 1952-ci il təvəllüdlü dünya görmüş Həqiqət Bəylərova bizimlə həmsöhbət oldu. O bildirdi ki, ailəsi 1948-ci ildə digər həmkəndliləri ilə yanaşı, saxta sovet ideologiyasının tüğyan etdiyi bir zamanda Tərtər rayonuna köçmüşdür. Lakin az keçməmiş atası Ağayarov Qaytaran ağır xəstələnmişdir. Həkimlər onun yaşamasının yeganə əlacını anadan olduğu yerə getməli olduğunu və orada yaşamasını məsləhət görmüşlər. Bu səbəbdən ailə yenidən 1963-cü ildə Dərələyəz mahalına qayıtmışdır.

Həqiqət xanımgilin ailəsi də digərləri kimi, 1988-ci ilə qədər doğma yurdlarında - həddindən artıq gözəl təbiətə malik olan Dərələyəz mahalında yaşamışlar.

Müsahibim qeyd etdi ki, orada əhalinin məşğuliyyəti əsasən maldarlıq, arıçılıq, bağçılıq olmuşdur. Hər bir ailənin 10-15 baş iribuynuzlu, 70-100 başdan artıq xırdabuynuzlu heyvanları, 30-dan artıq arı ailəsi var idi. Ümumiyyətlə, o yerlərdə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün münbit şərait mövcuddur.

Kəndin içməli suya olan tələbatı Məmməd Öylən bulağından gələn su ilə ödənilirdi. Bu bulaqdan təxminən 3 artezian quyusunun suyu qədər su gəlirdi. Kəndin adının yaranmasının tarixi belə olmuşdur. 1905-ci ildə erməni quldurları bölgəyə hücum etmişlər. Həmin vaxt burada 105 ailə yaşamışdır. İnsanların təxminən 50 faizi erməni quldurları və havadarları tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Deyilənə görə, kəndin bəyi kəndi tərk edərkən quldurlar onun əlindən qiymətli əşyalarını almış, özünü isə işgəncə verərək qətlə yetirmişlər. Həmin vaxtdan kəndə Köçbək adı verilmişdir. Köçbək kəndində əsrlər boyu ermənilərin törətdikləri qətliamlar haqqında kənddə mövcud olan qədim qəbiristanlıqda qoç heykəllərinin üzərində yazılar olmuşdur. Ermənilər bunu bildikdə dərhal həmin qoç heykəllərini bir gecənin içində qeyri-müəyyən səmtə aparmışlar. Ümumiyyətlə, o yerlərin tarixən azərbaycanlılara məxsus olduğunu təsdiqləyən abidələri saxtalaşdırırdılar.

Qeyd etdiyimiz kimi, Dərələyəz mahalı əsl cənnəti xatırladan, bərəkətli torpağı olan meşələrə malikdir. Sözsüz ki, qəddar ermənilər azərbaycanlıların belə gözəl məkanlarda yaşamalarını həzm edə bilməzdilər.

Müsahibim qeyd etdi ki, son zamanlar ermənilər azərbaycanlıları kütləvi şəkildə, səbəbsiz olaraq işdən azad edirdilər. Onun həyat yoldaşı mərhum Edilxan Bəylərov da qeyri-müəyyən səbəbdən işdən çıxarılmışdır. 1988-ci ildə ailəyə məxsus 18 baş iribuynuzlu mal-qaranı rayonda fəaliyyət göstərən ət kombinatına təhvil vermişlər. Lakin təhvil verilən heyvanların pulunu ermənilər verməmişlər. Həmin vaxtlarda insanların başına yüzlərlə belə hadisələr gətirilmişdir. Ailənin oğlu Qabil Bəylərov gənc yaşlarında kəndi tərk etmişdir. O deyir ki, 1988-ci ilin fevral ayında Azərbaycanda yaşayan qohumları Dərələyəz mahalına hüzr yerinə gələrkən Xankəndidə ermənilər avtomobilə hücum etmiş, 3 nəfəri qətlə yetirmiş, bir neçə nəfərə isə ağır bədən xəsarətləri yetirmişlər. Elə həmin vaxt Sumqayıtdan gəlmiş ermənilər Əzizbəyov rayonunun mərkəzində Kotanlı kəndinin bir nəfər sakinini taxtaya bağlayaraq böyük kanala atmışlar. Həmin zavallı şəxs faciəli şəkildə həlak olmuşdur. Onun nəşi isə tapılmamışdır. Artıq belə vəziyyətdə yaşamağın mümkünsüz olduğunu görən camaat məcburən öz ata-baba yurdlarını tərk etməli olmuşlar.

Bəylərovlar ailəsi ata-baba yurdlarını tərk etdikdən sonra Tərtər rayonunun Səhləbad kəndində məskunlaşmışlar. Ailənin hər bir üzvü, hətta son beşik Gəncə Dövlət Universitetinin 3-cü kurs tələbəsi Aidə Bəylərova yaxın zamanlarda ulularının uyuduğu Qərbi Azərbaycana qayıdışı səbirsizliklə gözləyir.

Vəli VƏLİYEV,

"Respublika".