Ərdoğan və Putin bu tarixdə görüşəcək
Digər xəbərlər

Ərdoğan və Putin bu tarixdə görüşəcək

Prezident Ərdoğan və Vladimir Putinin görüşəcəyi tarix bəlli olub.

“Respublika” “En son haber”ə istinadən xəbər verir ki, Ərdoğan və Putin sentyabrın 4-də Rusiyanın Soçi şəhərində görüşəcək.

İki liderin görüşündə mühüm məsələlər müzakirə olunacaq. İclasda Rusiyanın iyul ayında tərk etdiyi Taxıl Dəhlizi Sazişinin yenidən aktivləşdirilməsi və Ukraynadakı müharibə müzakirə olunacaq. Bu iki məsələ ilə yanaşı, iki ölkə arasında əməkdaşlığın artırılması və ticarət həcminin genişləndirilməsi də müzakirə mövzusu olacaq.

Röya RÜSTƏMLİ,

“Respublika”.