“Nurlu ömrün anları” tamaşası nümayiş etdirilib
Digər xəbərlər

“Nurlu ömrün anları” tamaşası nümayiş etdirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdimatında Ulu Öndərin zəngin və mənalı həyatına, onun siyasi fəaliyyətinə, azərbaycançılıq və dövlətçilik məfkurəsinə həsr olunmuş “Nurlu ömrün anları” tamaşası nümayiş etdirilib.

“Respublika” xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səhnələşdirilmiş tamaşanın müəllifi Əməkdar mədəniyyət işçisi, şair-dramaturq İftixar Piriyevdir.

Rayon Mədəniyyət Mərkəzində təqdim olunan səhnə əsərini RİH-nin məsul əməkdaşları, idarə, müəsissə rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri izləyiblər.

Ulu Öndər Heydər Əliyevin həyat yolundan, fəaliyyətindən bəhs edən əsərə müəllif özü quruluş vermişdir.

Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanmışdır.

M.QULUYEV,

“Respublika”