Erməni hərbçilərinin azərbaycanlıları kütləvi basdırdıqları daha bir məzarlıq aşkarlandı
Digər xəbərlər

Erməni hərbçilərinin azərbaycanlıları kütləvi basdırdıqları daha bir məzarlıq aşkarlandı

Erməni hərbçilərinin Birinci Qarabağ müharibəsində Xocavəndin Edilli kəndində azərbaycanlıları kütləvi basdırdıqları daha bir məzarlıq tapılıb. Müvafiq qurumların nümayəndələri, jurnalistlər və QHT təmsilçiləri kütləvi məzarlığa baxış keçiriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məzarlıqda 12 nəfərin qalıqları aşkarlanıb.

Əşyalarla birlikdə aşkarlanan skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.

Qeyd edək ki, bu, Edilli kəndində ermənilərin azərbaycanlıları vəhşicəsinə öldürərək kütləvi basdırdıqları növbəti məzarlıqdır.

AZƏRTAC