Erməni silahlı birləşmələrinin mövqelərimiz qarşısında səngər qurmaq cəhdinin qarşısı alınıb
Siyasət

Erməni silahlı birləşmələrinin mövqelərimiz qarşısında səngər qurmaq cəhdinin qarşısı alınıb

Sentyabrın 17-si saat 23:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələri Azərbaycan ordusunun Ağdam rayonu ərazisindəki mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.

"Respublika" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ordumuzun bölmələri tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.