Erməni terrorçularını zərərsizləşdirmək Azərbaycan dövlətinin beynəlxalq hüququdur
Siyasət

Erməni terrorçularını zərərsizləşdirmək Azərbaycan dövlətinin beynəlxalq hüququdur

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının ermənilərin mina terroruna məruz qalaraq şəhid olması xəbərindən sarsıntı və kədər hissi keçiririk. Ermənistan bölgədə terror ocaqları yaradıb və çox sayda günahsız Azərbaycan əsgəri və mülki sakinlər ermənilərin mina terrorunun qurbanı olur. Qarabağdakı erməni birləşmələrinin törətdiyi əməllər heç bir insanlıq qanunlarına sığmayan‚ qeyri-insani hərəkətlərdir.

Qanunsuz erməni birləşmələrinin Qarabağda əraziləri minalaması birmənalı olaraq terror əməlidir. Ermənilərin kəşfiyyat və diversiya qruplarının Azərbaycan Respublikası ərazisinə sızaraq gediş-gəliş yollarına mina basdırması nəticəsində hərbçilər‚ polis əməkdaşları ilə birlikdə mülki vətəndaşlar da qanlı terrorun qurbanı olur. Bütün bu qanlı əməllərin məsuliyyəti Qarabağdakı qanunsuz erməni separatçıları ilə birlikdə birmənalı olaraq Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistan öz havadarlarının çirkin və məkrli təhriklərindən çəkinməli‚ bölgədə mina terroruna son qoymalı‚ Azərbaycana qarşı təxribat əməllərindən‚ terrorçuluq və qəsbkarlıq siyasətindən əl çəkməlidir. Başqa bir ölkənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazisində və suveren sərhədləri daxilində terror və hərbi təcavüz aktı törətmək‚ kəşfiyyat və diversiya hərəkətləri həyata keçirmək beynəlxalq qanunlarla ağır cinayətdir. Azərbaycan dövlətinin öz inzibati ərazisini‚ suveren sərhədlərini‚ mülki əhalisini və hərbi obyektlərini terrorçulardan qorumaq hüququ vardır. Odur ki‚ Qarabağdakı qanunsuz erməni birləşmələrinə və terrorçulara qarşı antiterror tədbirləri aparmaq Azərbaycan dövlətinin özünümüdafiə hüququdur.

Biz‚ Qarabağdakı erməni birləşmələrinin və erməni terrorçularının törətdiyi qanlı əməlləri və terror aktlarını qətiyyətlə pisləyirik. Azərbaycan dövləti öz mövqeyində haqlıdır və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Hər zaman dost Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu bildiririk.

İsrail Təhlükəsizlik Akademiyasının

Azərbaycan Respublikasındakı

regional nümayəndəliyi.