Ermənistan beynəlxalq məsuliyyətə cəlb olunmalıdır
Siyasət

Ermənistan beynəlxalq məsuliyyətə cəlb olunmalıdır

Azərbaycan ordusu 44 günlük müharibədə mənfur erməni ordusunu darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi Azərbaycan ərazi bütövlüyünə qovuşdu.

Ermənilər öz xislətlərini nümayiş etdirərək torpaqlarımızdan çıxarkən meşələrimizi yandırdılar, təbiətə ziyan vurdular, minalar basdırdılar. Müharibə bitsə , biz hələ Ermənistanın vurduğu zərərlərlə mübarizə aparırıq.

Müharibədən üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, düşmən ölkə müxtəlif bəhanələr gətirərək minalanmış ərazilərin xəritələrini təhvil verməkdən imtina edir.

Ötən il oktyabrın 5- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirdi ki, Ermənistan işğal dövründə bir milyondan çox mina basdırıb. Azərbaycana azərbaycanlılara qarşı bu terror siyasəti davam etməkdədir. "Müharibə bitəndən indiyədək mina partlayışları nəticəsində 250-dən çox azərbaycanlı həlak olub ya ağır yaralanıb. Təəssüf ki, onların sayı hər həftə artır. Elə ötən həftə 2 nəfər ölüb, 3 nəfər ağır yaralanıb".

Minaları quraşdırmaq asan olsa da, onları torpaqdan təmizləmək insan həyatı üçün təhlükəli mürəkkəb prosesdir. Torpaqlarımızın minalardan təmizlənməsi sahəsində çalışanlar həm xidməti vəzifəsini yerinə yetirmək üçün, həm digər səbəblərdən orada olanlardan yüzlərlə insan minaya düşərək ya ağır yaralanıb, ya da həyatını itirib. Belə ki, yaxın günlərdə, yəni 28 aprel tarixində Tərtər rayonunda düşmənin basdırdığı minanın partlaması nəticəsində 3 nəfər həlak olub. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Məlumatda bildirilir ki, aprelin 28- Tərtər rayonunun Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə partlayış baş verib. Tank əleyhinə minanın partlayışı nəticəsində "RPS Energy Ltd." şirkətinin əməkdaşları - 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov 1996- il təvəllüdlü Fərid Sədiyev həlak olublar. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Həmin gün Azərbaycan Xarici İşlər Nazirliyi Tərtərdə mina partlayışı nəticəsində mülki şəxslərin həlak olması barədə məlumat yaydı beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəlikləri kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa çağırdı.

Alçaq düşmənin bu əməlləri "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli "Hədsiz zərərli sayıla bilən ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini, BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəalarını da kobud şəkildə pozur.

4 Aprel Beynəlxalq Mina Xəbərdarlığı Mina Fəaliyyətinə Yardım Günüdür. Bu tarix ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasının 60/97 saylı qətnaməsi ilə müəyyən edilib hər il qeyd olunur. 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunan torpaqlarımızda yenidənqurma işləri aparılır. Bərpa işlərini həyata keçirmək üçün ilk növbədə mina partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatı aparılmalıdır.

1990- illərin əvvəlindən bəri 3300-dən çox vətəndaşımız mina qurbanı olub. 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu mülki şəxs olmaqla, ümumilikdə 298 nəfər mina qurbanlarından 54 nəfər həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Məlum faktdır ki, minalar beynəlxalq Ottava konvensiyasına görə, həm insanlığa qarşı cinayətdir, həm hərbi cinayət hesab olunur.

Digər qanun pozuntuları ilə yanaşı, mina terroru ilə bağlı da Azərbaycana dəyən zərərin ödənilməsi beynəlxalq məhkəmələrin diqqətində olmalıdır. Təkcə ötən il dekabrın 14- Kəlbəcər rayonunda mina partlaması nəticəsində 4-ü mülki şəxs, 4-ü hərbçi olmaqla, ümumilikdə 8 nəfər Ermənistanın mina terrorunun növbəti qurbanlarına çevrilib. İşğal dövründə olduğu kimi, postmüharibə dövründə dünya ictimaiyyəti bu ədalətsizliyə hələ göz yumur. Ermənistan tərəfinin bu əməlləri səbəbindən Azərbaycan bu gün dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Azərbaycan Prezidenti İlham Əliyev ötən il Astanada Asiyada Qarşılıqlı Fəaliyyət Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6- sammitində çıxışı zamanı bildirdi ki, Qarabağda mina problemini həll etmək üçün Azərbaycana təxminən 30 il 25 milyard dollar lazımdır. Xatırladaq ki, BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur. Prezident İlham Əliyev çıxışlarında da dəfələrlə ciddi mesajlar səsləndirərək Ermənistanı təxribatlardan uzaq olmağa çağırıb qeyd edib ki, bu, onlara baha başa gələ bilər. Bu gün Ermənistandakı kriminal durum onu bir daha göstərir ki, Azərbaycanın xəbərdarlığına məhəl qoymur. Bütün bunlar erməni dövlətinə baha başa gələcək tezliklə Azərbaycanın gücünü yenidən görəcəklər.

Nəzrin CAVADZADƏ,

"Respublika".