Müstəqil Azərbaycanın müzəffər ordusu
Siyasət

Müstəqil Azərbaycanın müzəffər ordusu

1918-ci il mayın 28- yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşadı. Lakin onun müstəqil Azərbaycan idealını yaratması, bütün sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində gördüyü işlər gələcəyə işıq saldı.

ADR yarananda Azərbaycanda milli ordu yox idi. Gənc Azərbaycan Demokratik Respublikasını parçalamaq, ərazisini öz torpaqlarına qatmaq üçün qonşu dövlətlər xüsusi planlar hazırlayırdılar. Məhz buna görə Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - Əlahiddə Korpus yaradıldı. Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verən bu qərar Azərbaycanın tarixinə yazıldı. Bunun ardınca hökumət tərəfindən ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında fərman verildi. Məhz görülən işlərə xüsusi dəyər vermək məqsədilə ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Azərbaycanda ordu quruculuğunun ADR-dən sonrakı mərhələsi ulu öndərin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə xüsusi diqqət ayrılmışdır. Atılan addımların ən önəmlisi ümummilli liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasıdır. Həmin dövrdə bu qərarı vermək böyük cəsarət tələb edirdi. Ölkəmizdə milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi mane olmaq üçün Moskvadan Bakıya Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmaq üçün komissiyalar göndərsə , ümummilli liderin uğurlu diplomatiyası uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almışdır. Həmin məktəbin fəaliyyəti nəticəsində Azərbaycanda hərb sənətinə maraq güclənmiş, çoxlu sayda azərbaycanlı zabit kadrlar hazırlanmışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. 1993- ildə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994- il mayın 12- Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.

Müstəqillik illərində müasir ordunun yaradılması üçün beynəlxalq tərəfdaşlıqlara xüsusi önəm verildi. 1990- illərin ortalarından başlayaraq, Azərbaycanın NATO ilə sıx səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına imkan verdi. 1994- ilin əvvəllərində Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına, bu əməkdaşlığın davamı olaraq 1996- ildə "Planlaşdırma analiz prosesi" proqramına, 2001-ci ildə isə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"na qoşuldu. Qeyd edək ki, həmin il 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda İraqda zəngin təcrübə qazanan, öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu öndərin ordu quruculuğu siyasətini uğurlu inkşaf yolunda daha da təkmilləşdirən Ali Baş Komandan İlham Əliyev hərbçilərin peşəkarlığının artırılmasını, şəxsi heyətin döyüş ruhunun mənəvi-psixoloji hazırlığının yüksəldilməsini, Silahlı Qüvvələrimizin ən müasir silah texnika ilə təchizatını daim ön planda saxladı. Məhz ölkə başçımızın bu diqqət qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu "Global Fire Power" mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada isə ilk əlli ordu sırasında yer alır.

Ordu quruculuğu prosesinə misal olaraq, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksinin yaradılmasını da qeyd etmək lazımdır. Bu kompleksdə mindən çox hərbi təyinatlı məhsul istehsal edilir dünyanın aparıcı beynəlxalq sərgilərində nümayiş olunur. Azərbaycan Ordusunun hərbi qüdrətinin sərgilənməsi 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilən hərbi paradda baş tutmuşdur.

Ordu quruculuğuna göstərilən qayğı artıq öz bəhrəsini vermişdir. Rəşadətli Ordumuz öz gücünü 2016- ilin aprel ayında bütün dünyaya göstərdi. Aprelin 2- Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı, Azərbaycan xalqının doğma torpaqlara qayıdışa olan inamı daha da artdı. Məhz bu uğurlu əməliyyatdan iki il sonra - 2018-ci ilin mayında Günnütdə müzəffər ordumuz düşməni darmadağın etdi, Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.

Kifayət qədər təcrübə qazanan, hərb sənətinin sirlərinə yiyələnən müasir Azərbaycan ordusu Ali Baş Komandanın bir tapşırığına bənd idi ki, 30 ilə yaxın müddət ərzində işğal altında qalmış torpaqlarımızı azad etsin. Nəhayət, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan şanlı qələbə qazanaraq tarixi ədaləti ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə sevincini xalqımıza yaşadan isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını uğurla yerinə yetirən Silahlı Qüvvələrimiz oldu. Vətən müharibəsində Ordumuz öz tarixi missiyasını yerinə yetirərək işğalçı Ermənistanı məğlubiyyətə uğratdı. Vətən müharibəsində Ordumuz hər gün irəlilədi, hər gün yeni zəfərlərə imza atdı. Çox haqlı olaraq Silahlı Qüvvələrimizin şanlı Aprel döyüşlərində, Günnüt əməliyyatında nəhayət, 44 günlük Vətən müharibəsində düşməni sarsıdıcı məğlubiyyətə uğratması Azərbaycanda ardıcıllıqla həyata keçirilən ordu quruculuğu siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilir.

İyunun 23- Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Ordumuzun Türkiyə ordusu ilə sıx təmasda olması birgə islahatların aparılmasını mümkün edir. Bunlardan biri komando hərbi bölüyünün yaradılmasıdır. Komandolar xüsusi təyinatlı hərbi hissələrdir. Komando birliklərinin digərlərindən fərqi ondan ibarətdir ki, onlar həm havada, həm quruda, həm suda hərbi təlimlər keçir onların dəqiq atıcılıq göstəriciləri olduqca yüksəkdir. 44 günlük Vətən müharibəsində komando qüvvələrinin sıldırım qayalıqlarda, keçilməz ərazilərdə necə hərəkət etdiyindən hamımız xəbərdarıq. Onlar həmin ərazilərdə maneələri dəf edərək, eyni zamanda mürəkkəb şəraitdə dözümlülük nümayiş etdirərək bir müddət qala bilirlər.

Azərbaycan Respublikası daha güclü hərbi potensiala malik olmaq üçün hərbi infrastrukturun beynəlxalq standartlara uyğun inkişaf etdirilməsini zəruri şərt kimi ortaya qoyur, dünyanın aparıcı dövlətləri beynəlxalq hərbi təşkilatları ilə ikitərəfli, üçtərəfli çoxtərəfli hərbi əməkdaşlığı diqqətdə saxlayır.

Nurlan ABDALOV,

"Respublika".