Türkiyədən suriyalılara xəbərdarlıq
Siyasət

Türkiyədən suriyalılara xəbərdarlıq

Türkiyə Miqrasiya İdarəsi Müdirliyindən İstanbuldakı suriyalılara xəbərdarlıq göndərilib.

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, İstanbulda yaşayan Suriya vətəndaşları 24 sentyabr 2023-cü il tarixinədək qeydiyyatda olduqları vilayətlərə qayıtmalıdırlar.

Miqrasiya İdarəsi Müdirliyindən verilən açıqlamada bildirilib: “Hazırda İstanbuldan kənarda qeydiyyatda olmalarına baxmayaraq, burada yaşayan Suriya vətəndaşları sentyabrın 24-dək qeydiyyatda olduqları vilayətlərə qayıtmalıdırlar".

Həmçinin qeyd edilib ki, 24 sentyabr 2023-cü il tarixinədək İstanbul Bölgə Miqrasiya İdarəsi Müdirliyinə müraciət etsələr, Suriya vətəndaşlarına qeydiyyatda olduqları vilayətlərə qayıtmaq üçün yol icazəsi veriləcək. Fevralın 6-da baş verən zəlzələ ilə əlaqədar olaraq, zərər çəkmiş vilayətlərdən gələn və daha əvvəl yol icazəsi almış suriyalıların ikinci elana qədər qalmasına icazə veriləcək. 

Töhfə SƏMƏDOVA,

"Respublika".