Ermənistan özü çirkin əməllər daşıyıcısıdır
Digər xəbərlər

Ermənistan özü çirkin əməllər daşıyıcısıdır

Aprelin 14- Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılıb.

Ermənistan baş nazirinin digər dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə belə bir vəhşilik əməlinin törədilməsi, bunu edən şəxsin qəhrəman kimi qələmə verilməsi deməyə əsas verir ki, Ermənistan çirkin əməllərin müəllifidir. Çünki bayrağımızı yandıran dığa həmin şounun stilisti Aram Nikolyandır. Bu ölkədə etnik nifrət, azərbaycanofobiya, rasizm olduqca böyükdür. Bu əməli törədən şəxsin Ermənistan ictimaiyyəti tərəfindən alqışlanması həm xalqlar arasında sülhü, qarşılıqlı anlaşmanı təbliğ edən idmanın nəcib məqsəd prinsipləri ilə tam ziddiyyət təşkil edir. İdmanın siyasiləşdirilməsi qətiyyən yolverilməzdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev hadisə barəsində deyib: "Bunun arxasında dayanan Ermənistan dövlətidir, Ermənistan hökumətidir, Ermənistanda aparılan, uzun illər aparılan, onilliklər ərzində aparılan anti-Azərbaycan kampaniyasıdır, azərbaycanofobiyadır. Bu hadisə sıradan olan hadisə deyil".

Avropa çempionatının açılış mərasimində bayrağımızın yandırılması Ermənistanın beynəlxalq öhdəliklərinə münasibətinin göstəricisidir. Məhz bu onu göstərir ki, Ermənistan beynəlxalq səviyyəli tədbirləri, yarışları təşkil etmək bacarığına sahib deyil. Bununla yanaşı, İrəvan hökuməti beynəlxalq hüququn tələblərini yerinə yetirə bilmir. İrəvanda Azərbaycan bayrağının yandırılması yalnız Azərbaycana qarşı hörmətsizlik, düşmənçilik nifrətin təzahürü deyil, eyni zamanda dünya ictimaiyyətinin bölüşdüyü ümumbəşəri dəyərlərə açıq hörmətsizlikdir. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, 30 il torpaqlarımızın işğalı müddətində olduğu kimi, beynəlxalq təşkilatlar bu məsələyə ikili standartlarla yanaşdılar. Ümumiyyətlə, beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti Azərbaycan-Ermənistan məsələsində həmişə ikili standartlarla çıxış ediblər. Beynəlxalq təşkilatlar dünya ölkələrinə tətbiq etdikləri hüquqa özləri hörmətsizcəsinə ədalətsizliklə yanaşır, onu pozurlar. Onlar bu gün susurlar, lakin bütün bu olanlar bir gün özlərinə qarşı çevrilə bilər. Ermənistanın bu çirkin, hətta vandal addımı əsrlərdir bu ölkədə yürüdülən türkofobiya, azərbaycanofobiyanın təzahürüdür. Ümumiyyətlə, beynəlxalq səviyyəli yarışa evsahibliyi edən İrəvanda akkreditasiyadan keçmiş tədbir stilisti bayrağımızı rahat şəkildə yandırırsa, dünya ictimaiyyəti açıq-aydın şəkildə anlamalıdır ki, Ermənistan necə vandal barbar ölkədir. Eyni səviyyəli böyük yarışlara, tədbirlərə evsahibliyi edən, o cümlədən erməni idmançılarının da iştirak etdiyi Azərbaycanda bu kimi hallar heç vaxt yaşanmayıb. Çünki Azərbaycan irqi ayrı-seçkilik etməyən tolerant həmçinin yüksək mədəniyyətə malik bir ölkədir. Bir dövlətin simvollarına qarşı törədilən barbarlıq hərəkətləri, eyni zamanda özündə terror elementləri daşıyır. Ermənilər bu hərəkətləri ilə bir daha dünyaya hansı səviyyədə mədəniyyətsiz olduqlarını nümayiş etdirdilər. Hansı ki, hadisədən iki gün sonra erməni deputat Hovik Ağazaryan Azərbaycan bayrağının yandırılmasına görə üzr istəyərək deyib: "Mən bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm ki, mən bir vətəndaş deputat kimi vəhşi adamyeyən tayfaların təzahürlərini millətimdən tamamilə silmək üçün əlimdən gələni etməmişəm". Deputatın bu fikirləri erməni ictimaiyyəti tərəfindən təhqirlərlə qarşılanıb. Hakimiyyəti daim sülhdən danışan erməni xalqının hələ buna hazır olmadığını bütün dünya ictimaiyyəti gördü. Terrorizm ermənilərin milli ideologiyasına çevrilib. Xalq olaraq ermənilərin ürəkləri, beyinləri azərbaycanlılara qarşı o qədər nifrətə bürünüb ki, cəmiyyət düşünməyən bir kütləyə çevrilib. Bu, cahillik əlamətidir. Görəsən vaxt gələcəkmi ki, biz vəhşi, barbar, vandallarla deyil, normal bir xalqla qonşu olacağıq?

Nuranə DAXİLQIZI,

"Respublika".