“Eureporter”: Avropanın enerji təhlükəsizliyində əsas oyunçu – Azərbaycan
Diaspora

“Eureporter”: Avropanın enerji təhlükəsizliyində əsas oyunçu – Azərbaycan

“Eureporter” yazır ki, qoca qitə əhəmiyyətli dəyişikliklərin astanasında dayanır. Hazırkı geosiyasi qeyri-sabitlik Avropa liderlərini alternativ enerji mənbələri axtarmağa vadar edir. Bu yeni reallıqlarda Xəzər dənizinin sahilində etibarlı və iddialı ölkə olan Azərbaycana maraq artır. Odlar yurdu, qədim adət-ənənələri və geniş perspektivləri olan Azərbaycan təkcə minillik tarixə, bənzərsiz təbiətə və zəngin mədəniyyətə deyil, həm də müxtəlif təbii sərvətlərin, o cümlədən böyük təbii qaz ehtiyatına malikdir.

Xəzər dənizinin neft və qaz ehtiyatları uzun müddətdir ki, qlobal güclərin diqqətini cəlb edir. 1994-cü il sentyabrın 20-də tarixi “Əsrin müqaviləsi” regionun enerji geosiyasətində mühüm mərhələni başlatdı. Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə imzalanmış bu müqavilə siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm sazişlərdən biridir. Bu illər ərzində Azərbaycan özünü etibarlı və dürüst tərəfdaş kimi sübut edib, təkcə neftini deyil, həm də  təbii qazınıda  Avropaya çatdırıb. Xəzərin mavi yanacağı bir sıra Avropa ölkələri üçün sabitliyin açarına çevrilib.

“Eureporter”in yayımladığı məqalədə geniş formada Azərbaycanla Avropa arasındakı enerji və digər sahələrdəki əməkdaşlıq yer alıb. Odlar yurdunun əhəmiyyəti, etibarlılığı xüsusi qeyd edilib.

Töhfə SƏMƏDOVA,

“Respublika”.