Polşada seçicilər səsvermə prosesində yüksək fəallıq göstəriblər
Diaspora

Polşada seçicilər səsvermə prosesində yüksək fəallıq göstəriblər

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsinin 55 saylı seçki məntəqəsində səsvermə prosesi yerli saatla 19:00-da başa çatıb.

AZƏRTAC xəbər verir ki, səsvermə tam azad, şəffaf və demokratik qaydada keçib. Səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb və seçki komissiyasına hər hansı şikayət daxil olmayıb.

Məntəqə seçki komissiyasından verilən məlumata əsasən, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin seçiciləri səsvermə prosesində yüksək fəallıq göstərib.