Faiq Qarayev Türkiyə çempionatının oyununu canlı izləyib
İdman

Faiq Qarayev Türkiyə çempionatının oyununu canlı izləyib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev Türkiyənin İstanbul şəhərinə səfər edib.

"Respublika" xəbər verir ki, 64 yaşlı mütəxəssis Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağla birlikdə Sultanlar Liqasının XV turunda keçirilən “Türk Hava Yolları” – “Kuzeyboru” matçını canlı izləyib.

Qeyd edək ki, Faiq Qarayev ötən ilin dekabrında Azərbaycan millisinin baş məşqçisi təyin edilib. O, həm də Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti vəzifəsində çalışır.