Fauzia Husain Qureşi: Bu cür mənzərə ilə qarşılaşacağımı gözləmirdim
MÜSAHİBƏLƏR

Fauzia Husain Qureşi: Bu cür mənzərə ilə qarşılaşacağımı gözləmirdim

Bu cür mənzərə ilə qarşılaşacağımı gözləmirdim. Bilmirdim ki, vurulan zərər bu qədər genişmiqyaslıdır.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında erməni işğalından azad edilən Füzuli rayonunda ICOMOS Pakistan Milli Komitəsinin prezidenti Fauzia Husain Qureşi deyib.

"Burada baş verənlər, sözün həqiqi mənasında, fəlakətdir. Bu, mənim üçün şok oldu. Çünki mən bilmirdim ki, ölkəniz 20 ildən çoxdur bu əziyyəti çəkir. Lakin artıq bu torpaqlar sizdədir və Allahın köməyi ilə bu ərazilər yenidən əvvəlki gözəlliyinə qayıdacaq", - deyə o bildirib.

AZƏRTAC