F.F.Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Hüquqi aktlar

F.F.Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə və 130-cu maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Fikrət Fərrux oğlu Məmmədov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilsin.

Sahibə QAFAROVA,

Azərbaycan Respublikası Milli Məclisinin sədri.

Bakı şəhəri, 23 fevral 2024-cü il.