Fransada 500 hektara yaxın ərazi yanaraq məhv olub
Dünya xəbərləri

Fransada 500 hektara yaxın ərazi yanaraq məhv olub

Fransanın Saint-Andre, Sorede və Argeles-sur-Mer yaşayış məntəqələrində dünən başlayan yanğın ancaq səhər saatlarında nəzarətə götürülə bilib.

“Respublika” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bölgəyə gələn 650 yanğınsöndürənlə yanaşı, çoxlu yanğınsöndürən təyyarələr də yanğına müdaxilə edib.

Təxminən 500 hektar meşə sahəsi məhv edilib. 4 düşərgəyə ziyan vuran yanğın səbəbiylə ətrafdakı 3 min insan təhlükəsizlik məqsədi ilə təxliyə edilib.

Röya RÜSTƏMLİ,

“Respublika”.