Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Hüquqi aktlar

Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Əli Toğrul Məhəmməd oğlu,

Mahmudov Faiq Nüsrət oğlu,

Mustafayev Mustafa Əli oğlu.

2. Məmmədov Ədil İsa oğlu vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilsin.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Sahibə QAFAROVA,

Azərbaycan Respublikası Milli Məclisinin sədri.

Bakı şəhəri, 5 aprel 2024-cü il.