Gəncliyin ən böyük mənəvi dayağı
Siyasət

Gəncliyin ən böyük mənəvi dayağı

Məktəb illərindən bəri may ayının ilk günlərini hər zaman çox sevmişəm. Çünki təhsil aldığım məktəbdə mayın 10-da parad keçirmək ənənəsi var idi. Hər sinif yeni paltarlar tikdirər, addımlamağı öyrənər, yeni marş mahnısı əzbərləyərdi. Bir sözlə, bu ayda şagirddən müəllimə qədər hər kəs böyük tədbirə hazırlaşardı. 10 may günü gələndə isə hər sinif məktəbin böyük idman zalına toplaşar, orada öz məharətini göstərər, hazırlığı ən yüksək səviyyədə olan komanda isə qalib gələrdi. İbtidai siniflərdə bu tədbirin mahiyyətini dərk etmirdim, amma zamanla anladım ki, bu, Heydər Əliyev irsini unutmamaq üçün təşkil olunan silsilə tədbirlərdən biridir. Bunu dərk edəndən sonra parad başlamadan öncə məktəb direktorunun, eləcə dəvət edilən digər ziyalı şəxslərin ulu öndər barədə nitqlərini daha diqqətlə dinləməyə başladım. Mənim Heydər Əliyevlə tanışlığım belə oldu...

Bundan sonra anladım ki, bir insanı sevmək üçün onu görmək elə önəmli deyilmiş. Çünki xeyirxah, vətənpərvər, yaradıcı, millətini hər şeydən uca tutmağı bacaran, həyatının hər anını xalqının taleyinə bağlayan dahi insanların bioloji yoxluğu onların mənəvi varlığı ilə əvəzlənir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vəfatından sonra xalqının ən böyük mənəvi dəyərinə, ümid and yerinə çevrilən dahi şəxsiyyətdir.

Oxuduqlarımdan, dinlədiklərimdən belə bir nəticə çıxarmışam ki, Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları ilə bütöv bir epoxadır. Azərbaycan xalqı, onun ayrı-ayrı nümayəndələri Heydər Əliyevi haqlı olaraq xilaskar adlandırırlar. Əlbəttə, ona görə haqlı deyirik ki, təkcə elə ötən əsrin 80-90- illərində xalqımızın məruz qaldığı xarici irtica daxili destabillik faktoru necə böyük bəlalardan xilas olduğumuzdan xəbər verir. Bu xilasın başlıca səbəbi isə Heydər Əliyevin daim öz xalqı ilə birlikdə olması idi. 1994- ilin "məşhur" oktyabr hadisələri zamanı ulu öndərin "...İndi bizim hamımız üçün çox həlledici məqamdır, həlledici dəqiqədir. Kim Azərbaycana doğrudan ürək yandırırsa, bu həlledici dəqiqələrdə bizimlə olmalıdır. Sizinlə görüşmək istəyirəm, sizdən kömək gözləyirəm" deyə xalqa müraciətindən bir saat keçməmiş Prezident Sarayının qarşısındakı meydanda yüz minlərlə insan toplaşmışdı. Heydər Əliyev-Xalq, Xalq-Heydər Əliyev birliyinin qüdrəti qüvvəsini isbat etmək üçün təkcə bu fakt yetərlidir.

Ulu öndər Heydər Əliyev zaman-zaman qəbul etdiyi tarixi qərarları ilə sözün əsl mənasında müstəqil Azərbaycan dövlətinin qurucusuna çevrildi. Məhz ulu öndərin qətiyyəti, iradəsi cəsarəti sayəsində ölkəmiz dünyanın siyasi arenasında öz yerini tutdu, Azərbaycanın "qara qızılı" bu millətin günlərinin tarixini yazmağa başladı. Ulu öndərin dövründən etibarən Azərbaycan Respublikası bütün sosial-iqtisadi istiqamətlərdə sürətlə inkişaf etdi. Tezliklə ölkədə siyasi-iqtisadi stabilliyi təmin edən Heydər Əliyev elmin, təhsilin hamisinə çevrildi, gənclərə xüsusi diqqəti ilə seçildi. Mən bu yazıda ölməz liderin yürütdüyü gənclər siyasətindən söz açacam.

Gənclik gələcəkdir. Elə bu səbəbdən , hər bir xalq özünün xoşbəxt sabaha olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Bu da savadlı, dərin dünyagörüşünə malik gənclərin yetişdirilməsini hər bir ölkə üçün prioritet hala gətirir.

 Ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir. Hazırda müasir nəsil üçün zəruri olan bütün tələblər ödənilir. Təhsil, idman, , eləcə digər bütün sahələrdə hüquqları qorunan gənclərə inkişaf üçün uyğun perspektivlərdən yararlanmaq şansı verilir. Ölkədə müxtəlif sahələrdə ixtisaslaşmış məktəblərin, peşə liseylərinin, ali təhsil müəssisələrinin, musiqi idman akademiyalarının, həmçinin əyləncə mərkəzlərinin olması da bunun sübutudur. Cəmi 32 yaşlı bir ölkədə gənclər üçün bu şəraitin qurulması isə heç asan məsələ deyil. Lakin Azərbaycan gəncliyi şanslı idi. Çünki ümummilli lider Heydər Əliyev hər zaman gənclərə xüsusi qayğı ilə yanaşır, gənclərin problemlərini diqqət mərkəzində saxlayır, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə böyük əhəmiyyət verirdi. Ulu öndər 2 fevral 1998-ci ildə Azərbaycan Gəncləri Gününün ildönümü münasibətilə keçirilən bədii-idman bayramında tarixi çıxışı zamanı demişdi ki, mən gəncləri gördükcə daha da ruhlanıram, yeni nəsildən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram: "Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik".

Ulu öndərin Azərbaycan gəncliyinə böyük qayğısı təkcə müstəqillik illərində deyil, hələ Sovet dönəmində aşkar müşahidə olunurdu. "Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir", - deyən Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Heydər Əliyevin şəxsi təşəbbüsü qayğısı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan şərait yaradılmışdır. Azərbaycan gənclərinin I forumunda ulu öndər bu barədə demişdir: "Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm".

Bu həmin illərin ən böyük nailiyyətlərindən idi, həm o dövr üçün inqilabi xarakter daşıyırdı. Dövrün tələbinə uyğun olaraq, imperiya daxilindəki kiçik dövlətlərin güclənməsinə, onların sosial rifahının yüksəlməsinə maraq yox idi. Odur ki, hələ ötən əsrdə xaricdə təhsilin təşviqinin dövlət gənclər siyasətinin bir parçası halına gətirilməsi kifayət qədər əhəmiyyətli addım idi. Bu gənclər keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə ali təhsil almağa göndərilir savadlı kadr kimi vətənə qayıdaraq fəaliyyət göstərməyə başlayırdılar. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında xidmət göstərirlər. Ulu öndərimiz savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı diqqət göstərməyi bacarırdı. Şübhəsiz ki, bu gənclərin bir çoxunu özü seçir, onların qabiliyyətini biliyini sınaqdan çıxarandan sonra Moskvaya, Leninqrada təhsil almağa göndərirdi. Bu gənclər maddi cəhətdən təmin edilir, yüksək, mükəmməl təhsil almalarına hər cür şərait yaradılırdı.

Buna görə , Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışını ən çox alqışlayanlar elə gənclərin özü idi. Çünki Ümummilli lider gənclərə arxalandığı kimi, gənclər onu əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Dövlət başçısı ilə gənclər arasındakı bu möhkəm əlaqə 1994- il 26 iyul tarixində Gənclər İdman Nazirliyinin yaradılması barədə fərmanın imzalanması ilə nəticələndi. Bununla da, dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. 1996-2002-ci illərdə qəbul olunmuş "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Dövlət gənclər siyasəti haqqında" qərarlar da bu siyasətin davamı idi.

Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndərin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli Dövlət proqramları qəbul olunur.

Məhz dövlət başçısının təhsilə diqqət qayğısının nəticəsi olaraq təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili digər bu kimi sahələrdə mühüm irəliləyişlər uğurlar əldə olunub. Məlum olduğu kimi, Azərbaycanda 4500-ə yaxın məktəb mövcuddur. Onlardan 2700-dən çoxu son on ildə tikilib ya əsaslı təmir edilib. Həmçinin son illərdə yüzlərlə uşaq bağçasının, bir çox ali məktəblərin yeni tədris korpuslarının, idman-olimpiya komplekslərinin tikilərək istifadəyə verilməsi yeni nəslin hərtərəfli formalaşmasına töhfədir. Bundan əlavə, dövlət başçısının "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncamı gəncliyə göstərilən diqqətin parlaq təzahürüdür.

 Təhsil sahəsini ölkənin inkişafının prioritetlərindən biri elan etmiş hörmətli Prezidentimiz İlham Əliyev 2004- ilin avqust ayında orta ümumtəhsil məktəblərinin informasiya kommunikasiya texnologiyaları ilə təmin edilməsi proqramını təsdiq edən Sərəncam imzaladı. Həmin Proqram 2005-2007-ci illəri əhatə edirdi artıq onun reallaşması təmin edilmişdir. Bu gün orta ümumtəhsil məktəblərinin V-XI sinif şagirdlərinin hər 29 nəfərinə 1 kompüter nisbəti həll olunmuşdur. Halbuki proqrama qədərki dövrdə bu göstərici 1000 şagirdə 1 kompüter nisbətində idi. Həmçinin ölkəmizin tarixində ilk dəfə olaraq Azərbaycan tarixi, kimya, fizika, biologiya fənləri üzrə elektron dərsliklər, təlim materialları əyani vəsaitlər hazırlanmışdır. Bir neçə məktəbdə "elektron məktəb" layihəsi reallaşdırılmışdır. Dövlət başçısının Sərəncamı ilə 2008-ci ildə "Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)" qəbul olundu. Bu, İKT-nin təhsil sistemində tətbiqinin həlledici mərhələsi hesab olunur. Məsələnin aktuallığını nəzərə alıb Təhsil Nazirliyində bu sahədə yeni idarə yaradılmışdır. Həmin proqramın reallaşması istiqamətində bu gün məqsədyönlü aparılır.

Son olaraq, Prezident İlham Əliyev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026- illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Bu da dövlətin gənclərə qayğısının gələcək dövrlərdə davam edəcəyinin bariz nümunəsidir.

Aparılan siyasətin, görülən işlərin nəticəsi kimi tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycan gəncliyi öz intellektual, kreativ mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında qibtə olunacaq nüfuz qazanıb. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır bunu bacarır: onların uğuru beynəlxalq konfranslardan, dövlət hökumət qurumlarından, ölkələrarası debat, intellektual bilik idman yarışlarından eşidilir. Azərbaycan həqiqətlərini - musiqisini, ədəbiyyatını, rəqsini, folklorunu, mətbəxini, milli-mənəvi dəyərlərini dünyanın müxtəlif ölkələrində təbliğ edən gənclər, bütün səy bacarığı ilə dövlətçilik ənənələrimizi tanıdaraq, dünya ictimaiyyəti tərəfindən sevilməsinə nail olur. Bu gün Azərbaycan daima inkişafda olan gəncliyi, gənclik doğma vətəni ilə qürur duyur.

Jalə QASIMZADƏ,

"Respublika".