Görülən tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi təmin olunub
Ekologiya

Görülən tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi təmin olunub

Sel səbəbindən Qax rayonunun ərazisində bir-neçə avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilir ki, güclü külək və yağış nəticəsində bir neçə ərazidə ağacların yollara aşması nəticəsində hərəkət məhdudlaşıb. Bundan başqa rayonun İlisu kəndi ərazisində sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurub.

Görülən tədbirlər nəticəsində yollar boyunca hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

“Respublika”.