Pakistanda avtobus qəzası
Dünya xəbərləri

Pakistanda avtobus qəzası

Pakistanın Gilgit Baltistan bölgəsində səhər saatlarında Karakorum şosesində sürücünün idarəetməni itirməsi nəticəsində sərnişin avtobusu yoldan çıxıb və vadiyə uçub.

"Respublika" "Hürriyet"ə istinadən xəbər verir ki, xəbər verildikdən sonra hadisə yerinə polis, sağlamlıq və xilasetmə qrupları göndərilib. Dəhşətli qəzada 20 nəfər həyatını itirib və yaralılar xəstəxanalara çatdırılıb. Polis bildirib ki, Pəncab əyalətinin Ravalpindi şəhərindən Gilgit şəhərinə getmək üçün yola düşən avtobusda olan sərnişinlərin ümumi sayı hələlik məlum deyil.

Pakistanın Baş naziri Şahbaz Şərif açıqlamasında həyatını itirənlərə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb. Şərif səlahiyyətlilərə yaralılara hər cür tibbi yardım göstərməyi tapşırıb.

Röya RÜSTƏMLİ,

"Respublika".