Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının sədri İrakli Petriaşvilidən
Məktublar

Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının sədri İrakli Petriaşvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizi Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri adından və şəxsən öz adımdan təbrik edirəm. Azərbaycan xalqı yenidən Sizə inam və etimad nümayiş etdirdi. İnanırıq ki, Sizin uzun illər dəstəklədiyiniz Azərbaycan və Gürcüstan xalqları arasında dostluq və əməkdaşlıq möhkəmlənməkdə davam edəcək və bu, xalqlarımızın rifahının daha da yaxşılaşmasına təkan verəcək, ölkələrimizə uğur gətirəcək.

Sizi bir daha təbrik edir və yeni-yeni nailiyyətlər arzulayırıq.

Hörmətlə,

İrakli PETRİAŞVİLİ,

Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının sədri.