Hacıqabul: abadlıq işləri davam edir
Region

Hacıqabul: abadlıq işləri davam edir

Hacıqabul şəhəri öz görkəmini dəyişir. Abad küçələr, yaraşıqlı park və xiyabanlar əhalinin sevimli istirahət guşəsinə çevrilib. Hacıqabul rayonunda iqtisadi inkişaf, insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində layihələr icra olunur.

Ölkə rəhbəri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ardıcıl olaraq həyata keçirdiyi tədbirlər nəticəsində regionlarda, o cümlədən Hacıqabul rayonunda da abadlıq-quruculuq işləri bu layihələrin ən yaxşı nümunəsidir.

Hacıqabul şəhərinin daxili yollarına asfalt örtüyünün qoyulması işləri daha çox razılıqla qarşılanır. Şəhərin bir sıra küçələrində asfaltlanma işləri tamamlanmış, növbəti mərhələdə S.Vurğun, H.Z.Tağıyev, E.Nurzaliyev küçələrinin asfaltlanması işləri həyata keçiriləcəkdir. Şəhər sakinlərinin rahat gediş-gəlişi üçün müvafiq abadlıq-quruculuq işləri günün tələbləri səviyyəsində davam etdirilir.

Tofiq HÜSEYN,

"Respublika".