Hacıqabulda əmək yarmarkası
Region

Hacıqabulda əmək yarmarkası

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının dəstəyi ilə əmək yarmarkası keçirildi. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri Habil Alıyev, Regional Məşğulluq filialının məsul işçiləri, bir qrup sakin iştirak etdilər.

Əmək yarmarkasında 10 işəgötürən tərəfindən 158 vakansiya təqdim edildi. Şirvan-Salyan Regional Məşğulluq filialının Hacıqabul rayon xidmət şöbəsi tərəfindən işsiz kimi qeydiyyata alınmış 318 nəfər əmək yarmarkasında iştirak edirdi. Yarmarka iştirakçılarına vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında məlumat verildi, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirildi, uyğun namizədlərin qeydiyyatı aparıldı.

Tədbirdə işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumat verildi.

Tofiq Hüseyn,

“Respublika”.