Hakimliyə namizədlər üçün imtahan ilk dəfə olaraq elektron qaydada keçiriləcək
Digər xəbərlər

Hakimliyə namizədlər üçün imtahan ilk dəfə olaraq elektron qaydada keçiriləcək

Test imtahanında müvəffəqiyyət qazanmış 163 nəfər hakimliyə namizədlərlə yazılı imtahan dekabr ayının 22-də saat 10:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanı) keçiriləcək.

Bu barədə AZƏRTAC-a Hakimlərin Seçki Komitəsindən məlumat verilib.

 "Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları"na uyğun olaraq yazılı imtahan ilk dəfə olaraq elektron qaydada təşkil olunacaq.

İnşa mövzularının ifadə edilməsinə dair xüsusatlar və inşaların qiymətləndirilməsi zamanı diqqət yetiriləcək məqamlar Məhkəmə-Hüquq Şurasının saytında yerləşdirilmiş "Hakim vəzifəsinə namizədin yaddaş kitabçası"nda göstərilib.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni dekabrın 11-dən etibarən Məhkəmə-Hüquq Şurasının internet saytı vasitəsilə əldə edə bilərlər.

İmtahan yerinə saat 09:00-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən şəxsiyyət vəsiqəsi və "İmtahana buraxılış vərəqəsi" mütləq təqdim edilməlidir. Əks təqdirdə namizəd imtahana buraxılmayacaq.

Eyni zamanda , Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir. Hakim olmaq arzusunda olan hüquqşünaslar müvafiq sənədlərini təqdim edə bilərlər.

Əlaqə telefonları:

(012) 510-22-97; (012) 510-21-62