Harri Keyn:
İdman

Harri Keyn: "Tottenhem"də uduzmaq problem deyildi"

Yay transfer pəncərəsində "Tottenhem Hotspur"dan "Bavariya" klubuna keçən Harri Keyn klubun qalibgəlmə vərdişinə diqqət çəkib: "Tottenhem"də uduzmaq problem deyildi"- deyə Harri qeyd edib.

"Respublika" "Haberler.com"-a istinadən xəbər verir ki, "Tottenham" və "Bayern Munich"-i müqayisə edən Keyn deyib:  "Bavariyadakı hər oyunda qalib gəlmək lazımdır.

Mövsümün ilk iki oyunundan sonra 3:1 və 4:0 hesablı qələbə qazandıq, lakin insanlar oyundan razı qalmadılar. Böyük klub belə olur"- deyə ingilis hücumçu əlavə edib.