İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Qadın güləşçimiz üçüncü olub

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında iştirak edən qadın güləşçimiz Elis Manolova (65 kiloqram) bürünc medal qazanıb. O, almaniyalı rəqibinə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Millimizin digər üzvü Birgül Soltanova (62 kiloqram) isə bürünc medal uğrunda görüşdə rusiyalı Veranika İvanovaya 6:9 hesabı ilə məğlub olub. Ölkəmiz Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.

Cüdoçularımız 2 medal qazanıblar

Bakıda keçirilən "Böyük Dəbilqə" turnirinin ilk günündə cüdoçularımız 2 medal qazanıblar. 66 kiloqram çəki dərəcəsində çıxış edən Yaşar Nəcəfov üçüncü yer uğrunda görüşdə braziliyalı rəqibini məğlub edib.

Bundan əvvəl Balabəy Ağayev (60 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Azərbaycanın digər cüdoçuları Rəşad Yelkiyev (66 kiloqram) və Aydan Vəliyeva (52 kiloqram) isə bürünc medal uğrunda görüşdə məğlub olublar.

Taekvondoçularımızdan növbəti uğurlar

İranın paytaxtı Tehranda keçirilən G1 kateqoriyalı "Fəcr Open" turniri başa çatıb. Ölkəmizi təmsil edən taekvondo komandamız daha iki medal qazanıb. Yarışın son günündə 68 kiloqram çəki dərəcəsində Yaşar Məmmədli və 80 kiloqram çəki dərəcəsində çıxış edən Eltac Qafarov (80 kiloqram) bürünc medal əldə ediblər. Yekunda yığma komanda turniri 3 bürünc medalla başa vurub. Daha öncə Rahid Vəliyev (54 kiloqram) də yarışı üçüncü pillədə başa vurmuşdu.

Nərgiz İSMAYILOVA,

"Respublika".