Fransa ölkənin şimalındakı hava limanına mərhum kraliça II Yelizavetanın adını verəcək.
“Respublika” xəbər verir ki, bu barədə Le Touquet bələdiyyəsi Kral III. Çarlzın tələbi təsdiqlədiyini, açılış tarixinin hələ dəqiq müəyyən edilmədiyini bildirib.
Qeyd edək ki, təklif Kraliçanın ölümündən altı gün sonra Britaniyaya təqdim edilib.
1930-cu illərdə Fransanı sevən ingilis səyyahlarına xidmət etmək üçün dizayn edilmiş hava limanı, 1950-ci illərdə İngiltərə ilə Avropa arasında "möhkəm bir əlaqə" olub.