Hayların viran qoyduğu Zəngilan yenidən qurulur
Digər xəbərlər

Hayların viran qoyduğu Zəngilan yenidən qurulur

Bu gün Azərbaycanın işğaldan azad olunan əraziləri nəhəng tikinti meydanına çevrilib. Aparılan abadlıq-quruculuq işləri, yaradılan infrastruktur, yeni binaların tikintisi, dini-tarixi abidələrimizin təmir bərpası, beynəlxalq hava limanlarının tikintisi həqiqətən bu ərazilərdə irimiqyaslı layihələrin reallaşacağından xəbər verir. Şübhə yoxdur ki, qısa zamanda işğaldan azad olunan ərazilərimiz Azərbaycanın ən inkişaf etmiş məkanına çevriləcək. Zəngilan rayonuna xüsusi nümayəndənin təyin olunması haqqında sərəncam imzalanması region üçün mühüm əhəmiyyət kəsb edir. Zəngilanın timsalında işğaldan azad edilmiş ərazilərdə yeni regional idarəetmə modeli uğurla tətbiq edilməkdədir.

Təsadüfi deyil ki, gözəl guşələrimizdən biri olan Zəngilanda ilk "Ağıllı kənd" pilot layihəsi həyata keçirilir, ağıllı texnologiyalar tətbiq olunur, rayonda alternativ enerji mənbələrindən istifadə olunması planlaşdırılır. Görülən işlərin nəticəsi olaraq Zəngilan ölkəmizin ən inkişaf etmiş rayonlarından birinə çevriləcək. Buna rayonun təbii sərvətləri, bir sıra faydalı filiz yataqları da əlverişli şərait yaradır. 2021-ci il oktyabrın 20- - Zəngilanın işğaldan azad edilməsinin bir ili tamam olduğu gün cənab Prezident Birinci vitse-prezident Mehriban xanım Əliyeva rayona səfər etdilər, "Ağıllı kənd" layihəsi çərçivəsində görülən işlərlə, beynəlxalq hava limanının tikintisi ilə, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksində yaradılan şəraitlə tanış oldular. Bir il sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi. Hava limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək. Perronun sahəsi 60 min kvadratmetrdir. Hava limanı ICAO IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olacaq. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi ofis otaqları mövcuddur.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfər çərçivəsində rayonda "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak etmələri Türkiyə-Azərbaycan qardaşlığının təcəssümüdür. Bu aqropark Zəngilanın iqtisadi inkişafında mühüm rol oynayacaq. Layihənin birinci mərhələsində inzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib əkinçilik məhsullarının istehsalı həyata keçirilib.

Cənab Prezident çıxışında bildirmişdir ki: "Köhnə Zəngilandan bir şey qalmayıb, bir neçə bina qalıb ki, orada hərbçilər yerləşirdi. Qalan bütün binaları, bütün kəndlərin binalarını bir məqsədlə dağıtmışlar ki, biz buraya qayıtmayaq". Bütün bunlara baxmayaraq, bu gün ermənilərin dağıtdığı, viran qoyduğu Zəngilan yenidən qurulur. İndi Zəngilanın yeni dövrü başlayıb. Şəhərin baş planı hazırlanıb bu plana uyğun olaraq geniş quruculuq işləri aparılır.

Siyasi-hərbi cəhətdən strateji əhəmiyyət kəsb edən Zəngilan rayonu zəngin faydalı qazıntı yataqları, o cümlədən qızıl, civə, mis, qurğuşun, sink, molibden, üzlük mişar daşı, sement xammalı, müxtəlif növ tikinti sənaye mallarına görə zəngin resurslara malikdir. Sadalananlar rayonun iqtisadi əhəmiyyətini artırmaqla bərabər, həm xarici investorların marağına səbəb olur. Bildiyimiz kimi, Türkiyə, Cənubi Koreya, İtaliya, İsrail, Çin, Rusiya digər ölkələrin şirkətləri burada kifayət qədər böyük layihələr icra edəcək ki, bu da Zəngilanın iqtisadiyyatımıza verəcəyi töhfələri daha da artıracaq.

Nurlan ABDALOV,

"Respublika".