Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun rəşadətinin, hünərinin göstəricisi
Siyasət

Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun rəşadətinin, hünərinin göstəricisi

2020-ci il sentyabr ayının 27- başlayan 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi döyüş əməliyyatları zamanı ermənilərin "qəhrəman ordusu" məğlub edildi. Özgə torpaqlarında özünə dövlət quran, xalqımızı doğma yurd yerlərindən didərgin salan, başına müsibətlər gətirən xəbis düşmən mərd oğullarımızın hünərini döyüş meydanında gördü.

Hərbi əməliyyatlar zamanı bir addım belə geri çəkilməyərək düşməninə qan udduran, bir qarış vətən torpağı uğrunda canından belə keçməyə hazır olan igid əsgərlərimiz 44 gün ərzində xalqımızın zəfər salnaməsini yazdılar. Bütün dünyanın gözü qarşısında XXI əsrin müharibəsini aparan ordumuz düşmənin öz havadarlarından diləndiyi silah-sursatı, döyüş texnikasını darmadağın etdi. Qorxaq, nakəs düşmənin hərb meydanında atıb qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlarından Bakıda muzey yaradıldı. Əslində, bu muzey təkcə mənfur düşmənin qənimət götürülmüş, dağıdılmış hərbi texnikasının deyil, eyni zamanda onun alçaqlığının, qorxaqlığının əyani şəkildə nümayişidir.

İkinci Qarabağ müharibəsində müstəqil Azərbaycanın qazandığı möhtəşəm qələbədən sonra, 2021-ci il aprelin 12- paytaxt Bakıda açıq səma altında böyük bir park yaradıldı - Hərbi Qənimətlər ParkıPaytaxtın Xətai rayonunda 5 hektar ərazidə salınan parkda 44 günlük Vətən müharibəsində erməni ordusunu məhv edən Azərbaycan Silahlı Qüvvələrinin azad etdiyi ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanları, müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi yaralanması barədə faktlar, Azərbaycan ərazisinə atılmış "İsgəndər-M" raketinin qalıqları yerləşdirilib. Burada ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

Azərbaycan Ordusu tərəfindən məhv edilmiş erməni hərbi yük maşınlarının nömrə nişanlarının nümayişi Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını mükəmməl taktiki həllinin göstəricisidir. Hələ Birinci Qarabağ müharibəsində alçaq düşmən öz doğma ocağından didərgin düşmüş, yaxud da öldürülmüş vətəndaşlarımızın şəxsi avtomobillərinin nömrə nişanlarını sərgiləmişdi. Bu fakt özlüyündə erməni vandallarının azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləməni sübut edirdi. Belə ki, o vaxt canını erməni vəhşiliyindən qurtarmağa çalışan insanların avtomobil, mal-mülk yadına düşməmişdi. Döyüş meydanında "məğlubedilməz" erməni əsgərinin atıb qaçdığı texnika, silah-sursat isə düşmənin rəşadətli Azərbaycan Ordusunun qarşısında davam gətirə bilmədiyinin isbatıdır. 2021-ci ildə Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən dövlət başçımız bu barədə demişdir: "...bu lövhə erməni fərariliyinin təzahürüdür. Çünki bu nömrələr hərbi yük maşınlarının nömrələridir. 522 hərbi yük maşını Azərbaycan Ordusu tərəfindən məhv edilib ya qənimət kimi götürülmüşdür. Hələ müharibənin getdiyi dövrdə mən göstəriş vermişdim ki, nömrələr yığılsın, saxlanılsın, gün gələcək biz bu nömrələri nümayiş etdirəcəyik".

Bəli, o gün 2020-ci il noyabr ayının 10-u idi. Həmin gün Ermənistan imzaladığı kapitulyasiya aktı ilə bütün dünyaya məğlub olduğunu bəyan etdi. Düşmənin məğlubiyyətini, erməni ordusunun fərariliyini Azərbaycanın mərd oğulları Azadlıq meydanında keçirilən hərbi paradda qürurla, fəxarətlə sərgilədilər.

Müharibə zamanı düşməndən götürülən qənimətlər sırasında KUB zenit-raket kompleksi, hərəsindən bir nümunə olmaqla tırtıllı ağır texnika, 150-dək ağır texnika, "T-72" tankları, piyadaların döyüş maşınları, 2S1 "Qvozdika" özüyeriyən artilleriya qurğusu, "Osa" zenit-raket kompleksi digər eksponatlar da nümayiş olunur. Parkın giriş hissəsində isə Şuşaya atılmış "İsgəndər M" raketinin qalıqları yerləşdirilib. Boş qalmış minlərlə dəbilqə isə cəhənnəmə vasil olmuş erməni silahlılarının bir hissəsinin sayını müəyyən edir.

Məqsədyönlü, düşünülmüş siyasət yürüdən Azərbaycan dövləti bu parkı yaratmaqla həm ermənilərin törətdiyi müharibə cinayətlərini, beynəlxalq hüquq normalarına zidd hərəkətlərini bütün dünyaya sübut edir. Elə bu səbəbdəndir ki, erməni havadarları Azərbaycanda Hərbi Qənimətlər Parkının yaradılmasına etirazlarını bildirmişlər. Bu, həm 5-ci nəsil silahlarla silahlanmış, dünyanın güclü orduları sırasında qərarlaşan Azərbaycan ordusunun qüdrətini həzm edə bilməmək, həm erməni acizliyinin nümayişinin qarşısını almaqdan başqa bir şey deyildi. Çünki dünyanın bir çox yerində, müharibədə qalib gələn ölkələrdə hərbi qənimətlər parkı, yaxud da muzeylər mövcuddur. Məsələn, Avstriyanın paytaxtı Vyanada yerləşən Hərbi Tarix Muzeyində bir çox ölkələrin qədim silah-sursatları, o cümlədən faşizm üzərində qələbə qazandıqdan sonra onlardan geri qalan qənimətlər saxlanılır. Belarus Dövlət Böyük Vətən Müharibəsi Tarixi Muzeyində İkinci Dünya müharibəsi illərinin hərb tarixinə aid dəyərli eksponatlar saxlanılır. Ümumilikdə 10 ekspozisiya zalı 4200 kvadratmetr sahəni əhatə edən muzeydə 8 mindən çox ekspozisiya materialı var. Muzey fondu 28 kolleksiya 144 mindən çox müxtəlif əşyalardan, o cümlədən foto, sənəd, məktub Böyük Vətən müharibəsi iştirakçılarının şəxsi əşyalarından ibarət olan muzey daimi olaraq yeni eksponatlarla zənginləşdirilir. "Partizanların əlyazma jurnalları" "Əldəqayırma partizan silahı" kolleksiyaları birinci dərəcəli tarixi-mədəni dəyərə malikdir. Vyetnamda, Sayqon şəhərindəki Müharibə Qalıqları Muzeyində ABŞ-ın bu ölkəyə yaşatdığı insanlıq faciəsini əks etdirən sənədlər, fotoşəkillər, müharibədə istifadə edilmiş hərbi texnika, silah-sursat nümayiş etdirilir. Eksponatlar arasında fransız əsgərlərinin vyetnamlılara verdikləri işgəncəni, həmçinin edam səhnələrini nümayiş etdirən mum fiqurlar da var. Bu gün humanizmdən, ədalətdən dəm vuran Fransada olan İnsan Muzeyində (Musee de l'Homme) müxtəlif xalqlara aid 18 mindən artıq insanın, o cümlədən Fransanın müstəmləkəçilik siyasətinə qarşı azadlıq mübarizəsi aparmış bu yolda fransızlar tərəfindən öldürülmüş əlcəzairli vətənpərvərlərin kəllə sümüyü saxlanılır.

Bu il mart ayının sonlarında isə Rusiya-Ukrayna müharibəsinə həsr olunmuş "Ukrayna. Çarmıxa çəkilmə. Tribunal" adlı beynəlxalq sərginin açılışı olub. 1000-dən çox eksponatın nümayiş olunduğu iki həftə boyu davam edən sərgidə Rusiyanın hərbi cinayətlərini əks etdirən nümunələr sərgilənmiş sərginin açılışında BMT-nin Danimarka, Litva, Polşa ABŞ-dakı missiya rəhbərləri, müxtəlif ölkələrin diplomatları iştirak etmişlər. Bəs, Azərbaycanda Hərbi Qənimətlər Parkının açılmasını humanizmə zidd hesab edən ölkələr niyə öz etiraz səslərini ucaltmırlar?

Hərbi Qənimətlər Parkı... Düşmənin vaxtilə 5 metr enində, 3-4 metr dərinliyində qazdığı 44 günlük müharibədə özü düşdüyü tank əleyhinə xəndək, minalanmış sahələr, tank əleyhinə beton dirəklər metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərəçarpan üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələr insanda vahimə yaradır. Qanlı müharibə səhnələrini göz önünə gətirdikcə düşmənə nifrətin sonsuzadək artır. Bu ölümcül texnikanı məhv edən, torpaq uğrunda canından keçən qəhrəman vətən övladlarına isə minnətdarlığın, fəxarətin, iftixarın əbədiləşir.

Mehparə ƏLİYEVA,

"Respublika".