Region

"Heydər Əliyev İli" çərçivəsində tədbirlər davam edir

DAŞKƏSƏN

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekoloji sabitliyin qorunması ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqətlə yanaşmış, paytaxt Bakı şəhərində regionlarda yaşıllaşdırma işlərinə, yeni yaşıllıq sahələrinin yaradılmasına xüsusi əhəmiyyət vermişdir.

Ulu öndərin bu mütərəqqi yanaşması, ekologiyaya olan diqqət qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Daşkəsən Rayon Məhkəməsinin təşkilatçılığı əsasında şəhərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon məhkəməsinin sədri vəzifəsini icra edən Mustafa Mustafayev, rayon prokuroru Şahin İmanov, Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, rayon icra hakimiyyətinin əməkdaşları, məhkəmə işçiləri fəallar iştirak ediblər. Aksiya çərçivəsində Daşkəsən şəhərinin girişində rayonun iqliminə uyğun çoxsaylı cökə ağacları əkilərək suvarılıb. Ağaclara mütəmadi olaraq qulluq göstəriləcəkdir.

ASTARA

"Heydər Əliyev İli" çərçivəsində Astara rayonunda silsilə tədbirlər keçirilir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Astara şəhərində, qəsəbə kəndlərdə iməciliklər təşkil olunur, təmizlik abadlıq işləri görülür.

Ələt-Astara avtomobil yolunun Astara şəhərinə aid hissəsində keçirilən aksiyada sərv, Eldar şamı, dəmirağac, palıd digər ağac növlərindən ibarət ümumilikdə 800-dən çox ağac əkilmişdir. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əkilən ağacların qorunması, suvarılması digər aqrotexniki qulluğun göstərilməsi üçün müvafiq təşkilatların rəhbərlərinə tapşırıqlar vermişdir.

İməcilikdə avtomobil yollarının kənarları kol-kosdan təmizlənmiş, ağacların gövdələri ağardılmış, səkilərdə boyama təmir işləri aparılmışdır.

ŞAMAXI

Şamaxı Rayon Heydər Əliyev Mərkəzinin Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında 2023- ilin "Heydər Əliyev İli" elan edilməsinə həsr edilən "Heydər Əliyev irsi milli sərvətimizdir" mövzusunda intellektual yarış keçirilib.

İlk öncə dövlət himni səsləndirilib, daha sonra ulu öndər Heydər Əliyevin vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əngəxaran kənd orta məktəbin tarix müəllimi Cavid İslamovun moderatorluğu ilə keçirilən yarışda məktəblilərdən ibarət 11 komanda üzrə 55 nəfər şagirdin qalibiyyət uğrunda maraqlı mübarizə şəraitində keçən yarışında I yerə şəhər 10 saylı tam orta məktəbin "Zirvə" komandası, II yerə Sabir qəsəbə tam orta məktəbin "Qarabağ" komandası, III yerə isə şəhər 9 saylı tam orta məktəbin "Xarıbülbül" komandası layiq görülüb.

"Respublika".