Heydər Əliyev və Azərbaycan gəncliyi
Region

Heydər Əliyev və Azərbaycan gəncliyi

Lerik rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə   “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı dəyirmi masa keçirilib . 

Müstəqil Azərbaycanın yaradıcısı, türk dünyasının böyük oğlu, dahi şəxsiyyət  Heydər Əliyevin, eləcə  Azərbaycanın bütövlüyü   uğrunda canından keçib şəhidlik zirvəsinə ucalan  Vətən övladların   əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Tədbiri  giriş sözü  ilə açan  Lerik rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Orxan Abbaszadə  qeyd etdi ki, ölkəmizdə  gəncliyin yüksək intellektual biliyə, sağlam ruh və bədənə malik olması, mənəvi və milli dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasının əsası  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulubdur. Heydər Əliyev daim Azərbaycanın gələcəyi haqqında düşünürdü, gənc nəslin inkişafına davamlı qayğı göstərirdi.

Tədbirdə digər çıxış edənlər vurğuladılar ki, ölkəmizdə hazırda  gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparır.

Tədbir ulu öndər  Heydər Əliyevin həyatından bəhs edən filmin  nümayişi,  bu, dahi şəxsiyyətin  100 illiyinə həsr olunmuş sərgiyə baxışla tamamlanıb.

Zəfər ORUCOĞLU.