Rusiya dağlarında yanğın baş verib
Region

Rusiya dağlarında yanğın baş verib

Rusiyanın Gelencik dağlarındakı meşələrdə yanğın baş verib.

"Respublika" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilib ki, güclü külək səbəbindən alov ətrafa sürətlə yayılır. Yaxınlıqda yerləşən zoopark təhlükə altındadır. Yanğının əraziyə çatması ehtimalı böyükdür.

Qeyd edək ki, hazırda 169 nəfər yanğınla mübarizə aparır.

Nəzrin ELDARQIZI,

"Respublika".