HEYDƏR ƏLİYEV  VƏ AZƏRBAYCAN MEMARLIĞI
Siyasət

HEYDƏR ƏLİYEV  VƏ AZƏRBAYCAN MEMARLIĞI

Xalqımız tarixi boyu çoxsaylı böyük şəxsiyyətlər yetişdirib. Onlar öz fəaliyyətlərilə siyasətdə, hərbdə, elmdə, mədəniyyətdə zirvələrə çatmış, istedadı əməyi ilə həmin sahələrdə dönüş yaratmış, yaxud keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş, Azərbaycanın bəşəriyyətin tarixinə adlarını həkk etmişlər. Xalqın qürur mənbəyi olan bu dahi şəxsiyyətlər sırasına XX əsrdə daha bir böyük dövlət xadiminin, fəaliyyəti ilə millətin, ölkənin yeni uğurlu inkişaf mərhələsini yaratmış, Azərbaycanı gənc, müstəqil dövlət kimi qurmuş dünyaya tanıtmış ulu öndər Heydər Əliyevin adı yazıldı. Parlaq şəxsiyyət, cəsarətli müdrik dövlət xadimi, böyük vətənpərvər Heydər Əliyevin bütün fəaliyyəti Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə xalqın tərəqqisinə həsr edilmişdir.

1969-cu ildən ötən yarım əsrə bərabər siyasi hadisələrlə, ağır sınaqlarla böyük qələbələrlə dolu, ölkənin taleyində dönüş yaratmış dövr Heydər Əliyevin siyasi strategiyası ilə zənginləşdirilib. Bu tarix ərzində ölkəmiz sovet dövrünün inkişaf durğunluq mərhələlərini, müstəqillik uğrunda mübarizə illərini yaşamış, düşmən təcavüzünə məruz qalmasına baxmayaraq, azadlığını qoruya bilmiş yeni dövlət qurmuş, iqtisadiyyatını inkişaf etdirmiş dünyada nüfuzunu artırmışdır. Qüdrətlənən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını işğaldan azad etmiş regionun ən güclü iqtisadi, siyasi hərbi qüvvəsinə çevrilmişdir. Bu qələbəmizin bünövrəsində ümummilli lider Heydər Əliyevin mütərəqqi millətsevər siyasəti dayanmışdır.

Ölkələrin tarixində uğurlu tərəqqi dövrləri həmişə inşaatın, memarlığın, şəhərsalmanın inkişafı ilə müşahidə olunmuşdur. Əslində inşaat iqtisadiyyatın, mədəniyyətin, həyatın bütün sahələrinin inkişafının, keyfiyyət baxımından yüksəlməsinin həm tərkib hissəsi, həm bu inkişafı təmin edən vacib amildir. "Dünya ümumiyyətlə quruculuqla, tikib yaratmaqla yaşayıb, inkişaf edib", - deyən Heydər Əliyev öz siyasətində bu sahəyə həmişə böyük diqqət ayırmışdı. Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin gərgin əməyi nəticəsində ölkəmiz başdan-başa dəyişərək inkişaf etmiş, sovetlər ölkəsinin qabaqcıl respublikasına çevrilmişdi. Bütün sahələrlə yanaşı, bu dövrdə memarlıq inşaat sahəsində böyük tərəqqi əldə edilmiş, Azərbaycanın şəhərlərinin kəndlərinin siması dəyişmişdir. Bakıda respublikanın başqa şəhərlərində memarların yüksək ustalığından xəbər verən ictimai yaşayış binaları, parklar, memarlıq ansamblları meydana gəlmişdir. Aparılan işlərin miqyasının genişlənməsi ilə yanaşı, onların keyfiyyətinə, bədii-estetik səviyyəsinə tələb artmışdır.

70-ci illərin əvvəlində Azərbaycan şəhərlərinin 40-50-ci illərdə 20-25 il müddətinə hesablanmış baş planları artıq həyata keçmişdir. Müasir şəhərsalma prinsiplərinə xalq təsərrüfatının tələbinə uyğun olaraq şəhərlərin yeni baş planlarının işlənməsi lazım idi. Əvvəlki dövrdə Azərbaycanda cəmi 37 şəhərin baş planı mövcud olduğu halda, 70-80-ci illərdə 60 şəhərin bir sıra şəhər tipli qəsəbələrin baş planları işlənildi. Bu dövr Azərbaycanda şəhərlərin planlaşdırılmasında tikintisində ən məhsuldar dövr kimi memarlıq tariximizə daxil olmuşdur.

2005-ci ilədək olan dövrdə Bakının inkişafının "Bakıdövlətşəhərlayihə" İnstitutu tərəfindən işlənmiş baş planı bu layihələr arasında xüsusi yer tuturdu. Heydər Əliyev Bakının Baş planının işlənib hazırlanmasını diqqətlə izləyir, bu planla bağlı ən mühüm problemlərin müzakirəsində şəxsən iştirak edirdi. Şəhərin infrastrukturunun inkişafına xüsusi diqqət yetirilirdi. Nəqliyyat problemlərinin həlli bu məsələnin ən mühüm tərkib hissəsi idi. Bu məqsədlə sürət magistrallarının çəkilməsi nəzərdə tutulmuş, Bakı metropoliteni şəbəkəsi xeyli genişləndirilmişdi. Neftayırma zavodlarının yeni texnologiyaların tətbiqi ilə rekonstruksiyası köhnə tikililərin sökülməsini nəzərdə tutan baş planda sahilyanı ərazilərin strukturunun yeni konsepsiyası təklif olunurdu.

Baş plana əsasən Bakının Abşeron yarımadasının yaşıllaşdırılması üçün geniş proqram həyata keçirilməsi nəzərdə tutulurdu. Heydər Əliyev bu problemlə şəxsən məşğul olurdu. 1971-ci ildə "Bakının Abşeron yarımadasının daha da yaşıllaşdırılması tədbirləri haqqında" qərar qəbul edildi. Yaradılması nəzərdə tutulan meşə-park zonası həmin ərazidə mikroiqlimin yaxşılaşmasına, təmiz hava rezervuarı yaradılmasına, ərazini küləklərdən təbii eroziyadan qorumağa kömək etməli idi. 70-ci illərdə yaşıllaşdırma işlərinin geniş vüsət alması nəticəsində Bakıda bağların parkların sahəsi 3 dəfədən çox artmışdır. Dənizkənarı bulvarda yenidənqurma işləri aparılmış, bulvarın uzunluğu 3 kilometrə çatdırılmışdı.

Bu dövrdə respublikanın inzibati rayonlarının rayon planlaşdırma layihələri işlənildi. Bu layihələrin əsas məqsədi konkret rayonlar çərçivəsində şəhər kənd məskunlaşma problemlərinin kompleks şəkildə birgə həlli idi. Birincilər sırasında dağlıq zonada yerləşən Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Gədəbəy subtropik zonada yerləşən Lənkəran Astara rayonlarının planlaşma layihələri işlənmişdir. Bu dövrdə istehsalat, nəqliyyat, sosial-mədəni infrastrukturun böyük ərazilər üzrə birləşməsi şəhərsalma məsələlərinin yalnız bir rayon çərçivəsində yox, mikroregionlar (bir neçə rayonun cəmi) şəklində həllini tələb edirdi. Bu tipdə layihələr Azərbaycanda 70-ci illərin ortalarından işlənməyə başladı.

70-80-ci illərin şəhərsalma fəaliyyəti həll edilən problemlərin böyük miqyası ilə fərqlənirdi. Azərbaycanda nəzərdə tutulan 14 böyük sənaye müəssisəsinin yerləşdirilməsi şəhərlərin, eyni zamanda məskunlaşmanın strukturunda böyük dəyişiklikləri şərtləndirirdi. Buna görə bir sıra şəhərlərin böyük sürətlə inkişafı nəzərdə tutulurdu.

70-ci illərdə Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Əli Bayramlı, Mingəçevir başqa şəhərlərdə mənzil tikintisi xeyli geniş miqyas almışdı. Heydər Əliyev respublikanın memarları inşaatçıları qarşısında çox böyük bir hədəf qoymuşdu - mənzilə ehtiyacı olanların hamısı 2000-ci ilədək müasir rahat mənzillərlə təmin edilməli idi. 1982-ci ildə respublikada mənzil fondunun ümumi sahəsi təqribən 64 milyon kvadratmetrə çatdırıldı. 70-ci illərdə əvvəllər tikilmiş ilk beş mikrorayona daha dördü əlavə edildi. Yaşayış binalarının ictimai binaların tətbiq edilən növlərinin genişlənməsi mikrorayonların görkəmini müasirləşdirməyə imkan verdi. Geniş yaşıl həyətli doqquzmərtəbəli binaların yerləşdiyi yığcam yaşayış massivləri salındı.

Bakının şərqində 400 min nəfərin məskunlaşması üçün nəzərdə tutulan abad müasir iri yaşayış massivi salındı minlərlə bakılı dövlət hesabına mənzillə təmin olundu. Mənzil tikintisinin geniş miqyas alması şəhər ərazisinin abadlaşdırılması, sosial mədəniyyət müəssisələri şəbəkəsinin inkişafı ilə müşayiət olunurdu.

Gəncədəki Yeni Gəncə, Naxçıvandakı Yeni Naxçıvan mikrorayonları, Sumqayıtdakı 13-, 17-ci mikrorayonlar başqaları memarlıq kompozisiya həllinə görə bu dövrün ən uğurlu yaşayış massivləri hesab edilir.

Heydər Əliyev Bakıda şəhərin memarlıq aksentləri olan ictimai binaların tikintisinə xüsusi diqqət yetirirdi. 70-ci illərdə iri ictimai binaların, mehmanxana komplekslərinin, konsert salonlarının tikintisi xüsusilə geniş yer almışdı. Bu sahədə görülmüş mühüm işlərdən biri "Respublika" sarayının tikilməsi sarayın qarşısındakı geniş ərazinin təmizlənib abadlaşdırılması oldu. Bakıda ən iri tamaşa müəssisəsi olan bu sarayın konsert zalı 2500 tamaşaçı üçün nəzərdə tutulmuşdur. Mühüm ictimai siyasi toplantıların keçirilməsi üçün nəzərdə tutulan bu binanın dekorativ tərtibatında bahalı materiallardan istifadə edilmişdir. "Respublika" sarayı qarşısındakı geniş meydan bağ, eləcə vağzalyanı meydanın formalaşması Bakının Baş planında nəzərdə tutulan yalnız son zaman reallaşan bulvarın yaradılması istiqamətində həyata keçirilən ilk tədbirlər oldu.

80-ci illərdə şəhər amfiteatrının qərb hissəsində maraqlı memarlıq kompozisiyası formalaşmağa başlamışdır. Şəhərin bu hissəsində "Gülüstan" sarayının "Ziyafətlər evi"nin tikilməsi Azərbaycanın memarlıq həyatında mühüm hadisələr oldu onlar bu gün şəhərimizin ən diqqətəlayiq abidələri sırasındadırlar. Heydər Əliyev bu sarayların ucaldılmasına, onların memarlıq tərtibatına xüsusi diqqət yetirir bütün böyük tikintilərdə olduğu kimi, burada da işlərin gedişini nəzarətdə saxlayır bir sıra məsələlərin həllində şəxsən iştirak edirdi.

Beləliklə, həyata keçirilən layihə tikinti işlərinin miqyasına əhəmiyyətinə görə XX əsr tariximizdə fərqlənən 70-80-ci illərdə Azərbaycanda yeni, o dövr üçün qabaqcıl tikinti memarlıq şəhərsalma fəaliyyəti həyata keçirilirdi. Bu fəaliyyətin geniş miqyasını təmin etmək üçün sovetlər ölkəsinin mərkəzi orqanları tərəfindən müvafiq qərarların qəbul edilməsinə vəsait ayrılmasına nail olmaq lazım idi. Yaradıcılıq, quruculuq işlərinə böyük önəm qiymət verən Heydər Əliyev belə qərarların qəbul edilməsinə nail olur onların həyata keçməsi üçün nəhəng təşkilatçılıq işləri görürdü. Məhz Heydər Əliyevin siyasi rəhbərlik istedadı qətiyyəti, ölkəsini inkişaf etdirmək, gözəlləşdirmək, insanlara daha layiqli həyat təmin etmək istəyi bu dövrdə inşaat, memarlıq şəhər quruculuğu sahəsində Azərbaycanın böyük uğurlar əldə etməsinə imkan yaratmışdır.

1981-ci ildə "Azərbaycan SSR- şəhərsalma, memarlıq arxeologiya abidələrinin qorunması, bərpası istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında" Qərarın qəbul edilməsində Heydər Əliyevin sovet hakimiyyəti dövründə maddi-mədəni irsimizə vətənpərvər yanaşmasını əks etdirən abidələrimizin tədqiqi mühafizəsi üçün böyük əhəmiyyəti olan dövlət sənədi idi.

Qərarda Azərbaycandakı dini abidələrin - Naxçıvandakı Qarabağlar türbəsinin, Qusar rayonundakı Həzrə türbəsinin, Şamaxı Cümə məscidinin təmir-bərpa işlərinin vacibliyi qeyd edilmişdir. Sovet ideologiyasına əsasən İslam dini abidələrinə olduqca mənfi münasibətə baxmayaraq, Heydər Əliyev böyük vətənpərvərlik cəsarət nümayiş etdirərək belə abidələrin qorunub saxlanması məsələlərini önə çəkmişdir. Qərarda həm abidələrin tədqiqi, aparılan elmi işlərin genişləndirilməsi bu istiqamətdə təbliğat işlərinin aparılması üçün bütün nəşriyyat orqanlarına, kütləvi informasiya vasitələrinə tarixi abidələrin təbliği ilə bağlı müvafiq işlərin gücləndirilməsi, Azərbaycan xarici dillərdə nəşrlərin daha da artırılması tapşırılmışdır.

Sovet hakimiyyəti illərində Heydər Əliyevin Azərbaycanın tarixi abidələrinə göstərdiyi qayğının ən bariz nümunəsi qədim Qəbələ şəhərinin qalıqlarının məhv olmaqdan xilas etməsi olmuşdur. 1977-ci ildə SSRİ müdafiə nazirliyinin tabeçiliyində olan hərbçilər Qəbələ şəhərinin Orta əsrlərə aid ərazisində, qalıqları günümüzə qədər saxlanmış giriş darvazalarının yaxınlığında yüksəkgərginlikli elektrik xəttinin onun dayaq obyektlərinin tikintisinə başlamışdılar. Bu tikinti layihəsinin həyata keçirilməsi qədim Azərbaycan dövləti Qafqaz Albaniyasının min ilə yaxın paytaxtı olmuş Qəbələ şəhəri qalıqlarının məhvi burada arxeoloji tədqiqatların həmişəlik dayandırılması demək olardı.

Naxçıvanın tarixi-memarlıq irsi ulu öndərin xüsusi diqqətində olmuşdur. 1999-cu ildə Möminə Xatun məqbərəsini ziyarət edərkən çıxışında o demişdir: "Məni incidən odur ki, bizim xalqımız öz zəngin tarixini, zəngin mədəniyyətini, zəngin tarixi köklərini keçən əsrlərdə , ondan sonrakı dövrdə , indi XX əsrdə birincisi öz xalqına göstərə bilməyib, ikincisi dünyaya göstərə bilməyib.

Dağılanlar dağılıb, amma qalanlar içərisində Möminə Xatun məqbərəsi XII əsrdə Azərbaycanın qədər zəngin mədəniyyəti olduğunu göstərir. Ancaq bu abidənin memarlıq qiyməti ilə bərabər daha böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin qədər zəngin olduğunu, qədər möhkəm olduğunu göstərir".

Müstəqilliyini bərpa edən ölkəmiz ilk illər böyük çətinliklər yaşadı - iqtisadiyyatın bütün sahələrində tənəzzül, daxili siyasi çəkişmələr, torpaqlarımızın işğalı, minlərlə şəhid 1 milyon yurd-yuvasından didərgin düşmüş əhali. Xalq tərəfindən ölkənin rəhbərliyinə gətirilmiş Heydər Əliyev öz tarixi xilaskarlıq missiyasını inamla, qətiyyətlə, böyük müdrikliklə həyata keçirdi. Sabitləşmə dövründə gələcək inkişafın əsasını qoyan böyük iqtisadi layihələrlə yanaşı, yenidən tikinti memarlıq sahəsi canlanmağa başladı. Müstəqillik xalqımızın tarixinə, mədəni irsinə diqqəti bir qədər artırdı. Genişlənən inşaat fəaliyyətinin irsimizə mənfi təsirinin qarşısını almaq üçün siyasi qərarların verilməsi vacib idi.

Zəngin maddi-mədəniyyət abidələrimizə qayğı ilə yanaşan Heydər Əliyevin "Bakı şəhərində İçərişəhər tarix-memarlıq qoruğunun mühafizəsi bərpası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamı bu baxımdan daha əhəmiyyətlidir. Bu qərar bütün ictimaiyyətin diqqətini dağılan memarlıq tarixi abidələrimizə cəlb etdi İçərişəhərin, sonra isə digər abidələrimizin müasir dövrün tələblərinə uyğun idarə olunmasının əsasını qoydu.

Ölkəmizin XXI əsrdə misilsiz inkişafının ən önəmli göstəricilərindən biri böyük quruculuq işləridir. Şəhərlərin kəndlərin müasirləşməsi abadlaşması yeni yaşayış standartlarının yaranması, çoxsaylı infrastruktur obyektlərinin tikilməsi, yeni memarlıq formalarının müasir obrazların yaranması, tarixi hissələrin reabilitasiyası, öz əhəmiyyətini itirmiş köhnə sənaye ərazilərinin revitalizasiyası Azərbaycanın yeni inkişaf dövrünün ən önəmli nəticələrindəndir.

Uzun illər işğal altında olan torpaqlarımıza qayıdış, dağıdılan şəhər kəndlərimizin yenidən qurulması, tarixi-memarlıq irsimizin bərpası yaxın dövrdə ölkəmizdə memarlıq inşaat fəaliyyətinin daha da genişlənməsini tələb edir. Qarabağın Şərqi Zəngəzurun yenidən qurulması ən müasir tələblərə uyğun, yeni texnologiyaların, yeni şəhərsalma standartlarının, yeni memarlıq formalarının tətbiq olunması ilə həyata keçiriləcək. Vacib məsələ memarlığımızın özünəməxsusluğunu yaddan çıxarmamaq, məhz XXI əsrin yeni Azərbaycan kənd şəhərlərinin obrazını yaratmaqdır. Ulu öndərin Azərbaycana, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə olan böyük məhəbbəti, milli memarlığın inkişafına verdiyi önəm bir parlaq nümunə olaraq bu fəaliyyətimizi istiqamətləndirməlidir.

Gülçöhrə MƏMMƏDOVA,

Azərbaycan Memarlıq İnşaat Universitetinin

rektoru, memarlıq doktoru,

professor.