Heydər Əliyevin milli dövlətçilik ideyaları
Digər xəbərlər

Heydər Əliyevin milli dövlətçilik ideyaları

"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində aprelin 18- YAP Kəlbəcər rayon təşkilatı Gəncə şəhərində Kəlbəcər rayon sakinlərinin müvəqqəti məskunlaşdığı qəsəbənin Mədəniyyət sarayında "Heydər Əliyevin milli dövlətçilik ideyaları" mövzusunda tədbir keçirib.

YAP Mərkəzi Aparatının mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Sonra tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ümummilli Liderin həyat fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən bəhs edib. O bildirib ki, müasir müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin əbədiyaşar ideyalarına xalqımız tərəfindən yüksək sədaqət nümayiş etdirilməsi dövlətçiliyin dayaqlarının sarsılmazlığını təmin etmişdir. Həbib Misirov vurğulayıb ki, Heydər Əliyev ideyaları Azərbaycanı zirvələrə yüksəldir.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf nəqliyyat nazirinin müavini Cavid Qurbanov tədbirdə çıxışında vurğulayıb ki, Ulu Öndərin uğurlu siyasəti sayəsində müstəqil Azərbaycan Respublikası azərbaycançılıq fəlsəfəsi əsasında bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edib. O, ölkəmizin Heydər Əliyev ideyaları əsasında uğurla inkişaf etdiyini söyləyib.

Tədbirdə Milli Məclisin deputatı Aqil Məmmədov, Kəlbəcər Rayon İcra Hakimiyyətin başcısı Azər Qocayev başqaları da çıxış ediblər.

Şəhid ailəsinin üzvü Sönməz Ələkbər Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Aygün Əmrahova çıxışlarında qeyd ediblər ki, ulu öndər Heydər Əliyev dövlətimiz xalqımız üçün müstəsna xidmətlər göstərib, müasir müstəqil Azərbaycan dövlətini qurub.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup fəala fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.

Xaqani KOSAYEV,

"Respublika".