İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı
Digər xəbərlər

İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı "persona-non-grata" elan edilib

Aprelin 6-da İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.

İran səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən "persona-non-grata" (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.