İkitərəfli faydalı əməkdaşlıq
Digər xəbərlər

İkitərəfli faydalı əməkdaşlıq

18 may 2023-cü il tarixində ABŞ Kommersiya Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramının (CLDP) nümayəndəsi Skip Mark və ABŞ-nin ölkəmizdəki səfirliyinin iqtisadi məsələlər üzrə məsləhətçisi Yusif Abasov Vəkillər Kollegiyasında olublar. Bu barədə 19 mayda qurumdan verilən məlumatda bildirilir.

Qonaqları salamlayan Kollegiyanın sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib, vəkillərin peşə hazırlığının artırılmasının Kollegiya üçün vacib elementlərdən biri olduğunu vurğulayıb.

A.Bağırov ABŞ-nin arbitraj sahəsində dünyada qabaqcıl təcrübəyə malik mütəxəssisləri ilə ölkəmizdə təcrübə mübadiləsinin aparılmasının, xüsusilə də vəkillər üçün təlimlərin keçirilməsinin əhəmiyyətli olduğunu və bu sahədə əməkdaşlığın qurulmasına müsbət baxdığını diqqətə çatdırıb.

Qəbul üçün təşəkkürünü bildirən Skip Mark Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə əməkdaşlığı qurulmasını yüksək qiymətləndirib. Vəkillər Kollegiyası ilə sıx əməkdaşlığın vəkillərin beynəlxalq təcrübəni öyrənmələrində böyük rol oynayacağını qeyd edib.

“Respublika”.